"Anglo Asian Mining" Azərbaycanda iki yeni qızıl yatağının işlənməsi üçün məsləhətçi cəlb edir
Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın "Anglo Asian Mining" (AAM) dağ-mədən şirkəti ölkədəki "Xarxar" və "Qaradağ" yataqlarının işlənməsinin texniki-iqtisadi əsaslandırmasının (TİƏ) hazırlanması üçün məsləhətçilər cəlb etməyi planlaşdırır.
"Far.Az" xəbər verir ki, bu barədə AAM-ın məlumatında qeyd olunub.
"Anglo Asian Mining" şirkəti "Xarxar" və "Qaradağ" yataqları üçün TİƏ üzərində işi davam etdirir və yaxın həftələrdə məsləhətçiləri cəlb etməyi planlaşdırır", - məlumatda bildirilib.
Qeyd olunub ki, "Qaradağ"da təcrübə-sənaye dağ-mədən tədqiqatları aparılır. Xüsusilə, müstəqil kənar təşkilatlar ən səmərəli işlənməni təmin etmək məqsədilə yatağın geoloji və metallurgiya xüsusiyyətlərini qiymətləndirirlər.
"Həmçinin "Xarxar" filizlərinin misin bioloji yuyulması metodu ilə emalı üzrə sınaqların planlaşdırılması həyata keçirilir", - məlumatda bildirilib.
AAM xatırladıb ki, şirkətin strateji inkişaf planı 2030-cu ilə qədər onun orta səviyyəli çoxşaxəli mis və qızıl istehsalçısına çevrilməsini nəzərdə tutur.
"Bu vaxta qədər mis şirkətin əsas məhsulu olacaq və illik istehsal həcminin təxminən 50-55 min ton olacağı proqnozlaşdırılır. Şirkət bu artıma bu yaxınlarda açılmış "Gilar" və "Dəmirli" mədənlərinə əlavə olaraq, 2027-2030-cu illər ərzində "Xarxar", "Qaradağ" və "Zəfər" yataqlarında üç yeni mədənin istismara verilməsi hesabına nail olmağı planlaşdırır", - məlumatda qeyd olunub.
Xatırladaq ki, "Gilar" mədənində hasilat 2025-ci ilin mayında, "Dəmirli"də isə 2025-ci ilin iyulunda başlayıb.
"Anglo Asian Mining plc" Azərbaycanda mis və qızıl istehsalçısıdır. PSA tipli müqavilə 21 avqust 1997-ci ildə imzalanıb və altı yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo Asian Mining Plc." şirkətinin payı isə 49 % təşkil edir. Hazırda AAM Azərbaycanda səkkiz müqavilə sahəsinin işlənməsi hüququna malikdir.
Oxşar xəbərlər
"Anglo Asian Mining" I rübdə Azərbaycanda mis hasilatını təxminən 7 dəfə artırıb
İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib
DYMX Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatının artımını proqnozlaşdırır
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB: Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir
-
İrəvandan Qarabağa qədər silinən tarix: mədəni irsə qarşı uzunmüddətli siyasət - ŞƏRH
-
Livitt: Tramp İranla atəşkəs üçün vaxt çərçivəsi müəyyən etməyib
-
Yunanıstan gəmisi Hörmüz boğazı ərazisində hücuma məruz qalıb
-
Sumqayıt sakinlərinin NƏZƏRİNƏ
-
Cennifer Lopezin dizayneri boşanır













