"Kəpəz" bu mövsüm Gəncədə oynaya bilməyəcək, FIFA stadionu mayda təftiş edəcək - EKSKLÜZİV
Far.Az xəbər saytı

"Kəpəz" bu mövsüm Gəncədə oynaya bilməyəcək, FIFA stadionu mayda təftiş edəcək - EKSKLÜZİV


"Kəpəz" cari mövsümün qalan hissəsində də Gəncə stadionunda oyun keçirə bilməyəcək.

"Far.Az"un əldə etdiyi məlumata görə, daha əvvəl may ayında arenada oyunların keçirilə biləcəyi bildirilsə də, bu planın reallaşması mümkün olmayacaq.

Əsas səbəb ot örtüyünün yenilənməsi prosesidir. Belə ki, arenada toxum səpini aprelin 15-də həyata keçirilib və ot örtüyünün tam hazır vəziyyətə gəlməsi üçün minimum 45, maksimum 60 gün tələb olunur. Bu müddət isə may ayına qədər işlərin yekunlaşmasına imkan vermir.

Bundan əlavə, arenada bəzi işlər hələ yekunlaşmayıb. Stadionun paltardəyişmə otaqları və bir sıra texniki detallar tam hazır vəziyyətə gətirilməlidir.

Mayın sonlarında FIFA nümayəndələrinin arenaya baxış keçirməsi planlaşdırılır. Bu, 2027-ci ildə Özbəkistan və Azərbaycanın birgə təşkil edəcəyi U-20 dünya çempionatının oyunlarından birinin Gəncədə keçirilməsi ehtimalı ilə bağlıdır.

Xatırladaq ki, yenidənqurma işləri səbəbindən "Kəpəz" artıq üç mövsümdür ev oyunlarını doğma meydandan kənarda keçirir. Komanda bu müddətdə Qəbələ, Tovuz və Yevlax şəhərlərində oynayıb.

"Kəpəz"in Gəncə stadionuna dönüşü 2026/2027 mövsümünə planlaşdırılıb.

Oxşar xəbərlər

Sabirabad Sənaye Məhəlləsində toxum istehsalı müəssisəsinin fəaliyyəti ilə tanışlıq
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər