Qazaxıstanın şimalında su bəndi yarılıb
Far.Az xəbər saytı

Qazaxıstanın şimalında su bəndi yarılıb


Qazaxıstanın şimalındakı Akmola vilayətində "Şoptıkol" bəndi yarılıb.

"Report" xəbər verir ki, bu barədə respublikanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, ərazidə bərpa işləri aparılır, hidrotexniki qurğu Qorğaljın rayonunun Sabındı kəndindən 2 km şimalda yerləşir.

"Hadisə yerində suyun təhlükəsiz şəkildə buraxılması üçün operativ işlər aparılır. Fəsadların aradan qaldırılmasına FHN-in, yerli icra hakimiyyəti orqanlarının, rayon polis şöbəsinin, eləcə də yol xidmətlərinin qüvvə və vasitələri cəlb olunub.

"Ümumilikdə 170-ə yaxın şəxsi heyət və 43 ədəd texnika cəlb edilib. Bəndin möhkəmləndirilməsi, lazımi materialların tökülməsi və suyun kənarlaşdırılması üzrə tədbirlər görülür", - qurumdan qeyd edilib.

Oxşar xəbərlər

Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Lənkərançayda suyun səviyyəsi artıb - qabaqlayıcı tədbirlər görülür
Bakıda tanınmış şirkət bahalı maşınlarını ucuz qiymətə satışa çıxardı - SİYAHI
Diplomları dünyanın 170-dən çox ölkəsində tanınan azərbaycanlılar - FOTOREPORTAJ
Müşviqabad hövzəsində sutəmizləyici qurğu tikilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər