Azərbaycan XİN BƏƏ-nin Dəməşqdəki səfirliyinə hücumu pisləyib
Far.Az xəbər saytı

Azərbaycan XİN BƏƏ-nin Dəməşqdəki səfirliyinə hücumu pisləyib


Azərbaycan XİN bir qrup etirazçının Birləşmiş Ərəb Əmirliklərinin Suriyanın paytaxtı Dəməşqdəki səfirliyinə hücumunu pisləyib.

"Report" xəbər verir ki, XİN bu barədə "X" hesabında yazıb.

"Diplomatik missiyalara qarşı bu cür zorakılıq aktları qəbuledilməzdir, beynəlxalq hüququn, eləcə də diplomatik heyətin, obyektlərin mühafizəsi və təhlükəsizliyinə zəmanət verən Diplomatik Münasibətlər üzrə Vyana Konvensiyasının aydın şəkildə pozulmasıdır", - məlumatda bildirilir.

Azərbaycan XİN qeyd edib ki, Suriya hökumətinin verdiyi bəyanatı və təqsirkarların qanuna uyğun olaraq məsuliyyətə cəlb edilməsi üçün bütün zəruri tədbirlərin görülməsi ilə bağlı öhdəliyini alqışlayır.

Oxşar xəbərlər

Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
"Sabah Investment Group", "Reportage Group" və "Elie Saab"dan Azərbaycada ilk brend yaşayış layihəsi:"Panorama by Elie Saab"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər