Ərdoğan: Türkiyənin qanadlı və ballistik raket potensialı güclənəcək
Far.Az xəbər saytı

Ərdoğan: Türkiyənin qanadlı və ballistik raket potensialı güclənəcək


Türkiyənin hava hücumundan müdafiə sistemi (HHM) güclənəcək, qanadlı və ballistik raket potensialı artacaq.

"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ROKETSAN tərəfindən Silahlı Qüvvələrə təhvil verilən raket sistemləri ilə əlaqədar "X" sosial şəbəkə hesabında yazıb.

"Bu investisiyalar HHM sistemimizi gücləndirəcək, strateji gücümüzü artıracaq", - Türkiyə Prezidenti yazıb və əlavə edib ki, qanadlı və ballistik raket potensialı da artacaq:

"Dəmir Qübbə"nin atəş gücünü təşkil edən bu sistemlərin daha yüksək istehsal tempinə çatması ilə HHM sistemlərinin istehsalı daha da möhkəmləndiriləcək".

Onun sözlərinə görə, Türkiyənin kritik HHM sistemləri, strateji raket layihələri və ağıllı sursat təchizatı üçün qurulan bu yeni infrastruktur ordunu gücləndirəcək.

Qeyd edək ki, aprelin 7-də Türkiyənin müdafiə sənayesi şirkəti ROKETSAN tərəfindən ölkənin Silahlı Qüvvələrinə təhvil verilən raket sistemlərinin siyahısı açıqlanıb.

Oxşar xəbərlər

Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər