Səfir Qəbələdə reabilitasiya kursu keçən ukraynalı uşaqlarla görüşüb
Far.Az xəbər saytı

Səfir Qəbələdə reabilitasiya kursu keçən ukraynalı uşaqlarla görüşüb


Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Yuri Qusev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində reabilitasiya kursu keçən ukraynalı uşaqlarla görüşüb.

"Report" xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, Y.Qusev Mərkəzdə yaradılan reabilitasiya infrastrukturunu yüksək qiymətləndirərək, uşaqlara göstərilən xüsusi diqqət və qayğıdan məmnunluğunu ifadə edib.

Qeyd edək ki, son günlərdə Ukraynada müharibədən əziyyət çəkmiş daha 30 ukraynalı uşaq Agentliyin təşkilatçılığı ilə Azərbaycana gətirilərək sosial-psixoloji reabilitasiya xidmətlərinə cəlb edilib. Ümumilikdə isə 180-dək ukraynalı uşaq sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin olunub.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətləri üçün Azərbaycana gətirilib
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Mehriban Əliyevanın doğum günüdür
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Rusiya nümayəndə heyəti ilə görüş olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər