AYNA Naxçıvanda marşrut şəbəkəsinin optimallaşdırılması üçün iki layihə hazırlayıb
Naxçıvan Muxtar Respublikasında rayon marşrut xətlərinin mövcud vəziyyəti və onların təkmilləşdirilməsi istiqamətində yeni konsepsiyalar müzakirə edilib.
"Far.Az"un yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində keçirilən görüşdə Nazirliyin və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) əməkdaşları, o cümlədən yerli icra hakimiyyətlərinin nümayəndələri iştirak ediblər.
Görüşün əsas məqsədi ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılması və yaşayış məntəqələri arasında nəqliyyat əlçatanlığının genişləndirilməsi olub.
Muxtar respublikanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifələrini icra edən Azər Məmmədrəhimov qeyd edib ki, həyata keçirilən yeniliklər sərnişindaşıma sisteminin daha səmərəli təşkili və xidmət səviyyəsinin yüksəldilməsinə yönəlib. Bildirilib ki, yeni marşrut xətlərində müasir avtobuslardan istifadə olunacaq ki, bu da sərnişinlərin təhlükəsiz və rahat daşınmasına şərait yaradacaq.
Görüş zamanı AYNA tərəfindən hazırlanmış iki konseptual layihə təqdim olunub. Layihələrdən biri rayon və kəndlərin birbaşa Naxçıvan şəhəri ilə əlaqələndirilməsini, digəri isə kənd - rayon mərkəzi - şəhər üzrə mərhələli daşınma modelini nəzərdə tutur.
Təqdimat çərçivəsində mövcud marşrut şəbəkəsi, sərnişin tələbatı və mövcud problemlər təhlil edilib, həmçinin xəritə üzərində hazırkı və planlaşdırılan marşrutlar nümayiş etdirilib.
Qeyd olunub ki, təklif edilən yanaşmalar marşrut şəbəkəsinin optimallaşdırılmasına, sərnişin axınının düzgün istiqamətləndirilməsinə və nəqliyyat əlaqələrinin gücləndirilməsinə xidmət edəcək. Bununla yanaşı, marşrutların müsabiqə əsasında daşıyıcılara verilməsi, yeni xətlərin yaradılması, xidmət keyfiyyəti və təhlükəsizlik məsələləri də müzakirə olunub.
Sonda vurğulanıb ki, muxtar respublikada nəqliyyat infrastrukturunun inkişafı istiqamətində işlər davam etdiriləcək, əhalinin tələbatına uyğun olaraq yeni marşrutların açılması və mövcud xətlərin təkmilləşdirilməsi təmin olunacaq.
Oxşar xəbərlər
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
DTA tabeliyindəki qoruq və müəssisələrdəki yeniliklər təqdim olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əraqçi: İran zənginləşdirilmiş uranı ölkədən çıxarmaq niyyətində deyil
-
ABŞ İranın 4 vətəndaşını sanksiya siyahısına salıb
-
Tramp Nvidia-nın keçmiş rəhbəri Censen Huanqa ikinci şans verməyə çağırıb
-
Türkiyənin 5 şəhərində keçirilən dələduzluq əməliyyatında 12 şübhəli saxlanılıb
-
Ukraynanın Krivoy Roq şəhərinə raket hücumu nəticəsində 2 nəfər ölüb, 42 nəfər yaralanıb
-
Peruda güclü zəlzələ olub













