Rövşən Nəcəf: “Bu il 1150-dən çox tələbə SOCAR-ın müəssisələrində təcrübə keçib”
Bu ilin yanvar-sentyabr ayları ərzində 1 150-dən çox tələbə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) müəssisələrində təcrübədən keçib.
“Far.Az” xəbər verir ki, bunu SOCAR prezidenti Rövşən Nəcəf Təhsilin İnkişafı Forumu çərçivəsində təşkil edilmiş "Biliyi dəyərə çevirən sinerji" adlı paneldə çıxışı zamanı deyib.
O bildirib ki, sənaye və elm sahələrində əməkdaşlığı bir neçə istiqamətlər üzrə həyata keçirmək olar: “Təhsil ocaqları sənaye üçün insan kapitalının mənbəyidir. Yəni insan kapitalı universitetlər hesabına təmin olunur. Bu baxımdan ali təhsil ocaqları sənayenin ehtiyaclarına uyğun, əsasən də gələcək ehtiyaclarını nəzərə alaraq yeni kadrlar hazırlayıb təqdim etməlidirlər. O cümlədən sənayenin də üzərində ehtiyaclarına uyğun olaraq kadrların hazırlanması üçün planlarını düzgün şəkildə təhsil ocaqlarına çatdırmaq kimi öhdəliklər var”.
R. Nəcəf qeyd edib ki, bu istiqamətdə SOCAR bir neçə proqrama başlayıb: “Bunlardan biri beş ali təhsil ocaqları ilə həyata keçirilən təcrübə proqramıdır. Onlar bu təcrübədən keçərkən SOCAR-ın baxışı, iş prinsipləri, korporativ məsuliyyəti ilə tanış olurlar, əməkdaşlarla yaxından ünsiyyət imkanı qazanırlar. Bu isə gələcəkdə birlikdə addımlamaq barədə qərar verərkən mühüm rol oynayır. Həmçinin bu cür proqramlar gəncləri daha yaxşı anlamaq, onlara uyğun iş şəraitini formalaşdırmaq üçün daxili korporativ idarəetmə sistemlərinin təkmilləşdirilməsinə imkan verir”.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Təhsil Forumu çərçivəsində elmin iqtisadiyyata təsiri ilə bağlı müzakirələr aparılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yasamal və Xəzər rayonlarının bir hissəsində işıq olmayacaq
-
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb
-
FHN Qubada texniki təhlükəsizlik mövzusunda seminar-müşavirə keçirib
-
Ekologiya və təbii sərvətlər naziri Yevlaxda vətəndaşları qəbul edib
-
Rəşad Nəbiyev Qəbələdə vətəndaşları qəbul edib
-
ADSEA sədri Cəbrayıl şəhərində vətəndaşlarla görüşüb













