"Euronews": Ümumdünya Şəhərsalma Forumu ərəfəsində şəhər inkişafının yeni modelləri müzakirə olunur
Far.Az xəbər saytı

"Euronews": Ümumdünya Şəhərsalma Forumu ərəfəsində şəhər inkişafının yeni modelləri müzakirə olunur


Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində şəhərsalma planlaşdırmasına yeni yanaşmaların sınaqdan keçirilməsi üçün şəhər inkişafı layihələrindən istifadə olunur.

"Far.Az" xəbər verir ki, bu barədə "Euronews"un davamlı şəhər inkişafı və postmünaqişə dövründə bərpa prosesində müasir tendensiyalara həsr olunmuş reportajında deyilir.

Telekanal qeyd edir ki, hakimiyyət nümayəndələri və sahə mütəxəssisləri çoxfunksiyalı tikinti, "yaşıl" planlaşdırma və gündəlik həyata inteqrasiya olunmuş infrastruktur kimi şəhərsalma modellərinə diqqət yetirirlər.

"İrimiqyaslı yenidənqurma və yeni şəhərlərin yaradılması layihələri postmünaqişə dövründə bərpa və şəhərsalmada platforma rolunu oynayır", – reportajda deyilir.

Far.Azajda rəsmi şəxslərin qiymətləndirmələrinə görə, əsas amil dövlət institutları və beynəlxalq tərəfdaşların əməkdaşlığıdır:

"Şəhər əhalisinin sayı artmağa davam edir, buna görə də bu cür təşəbbüslər şəhərlərin iqtisadi, ekoloji və sosial dəyişikliklərə necə uyğunlaşa biləcəyi ilə bağlı müzakirələri genişləndirməlidir".

Xatırladaq ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək.

"Euronews": Ümumdünya Şəhərsalma Forumu ərəfəsində şəhər inkişafının yeni modelləri müzakirə olunur

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Media nümayəndələri üçün WUF13 haqqında məlumatlandırma sessiyası keçirilib
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
WUF13-ün təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin növbəti iclası keçirilib
Bakıda media nümayəndələri üçün WUF13-lə bağlı məlumatlandırma sessiyası keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər