Ağdərədə ilk dəfə portativ stomatoloji qurğu tətbiq edilib
Far.Az xəbər saytı

Ağdərədə ilk dəfə portativ stomatoloji qurğu tətbiq edilib


Səhiyyə Nazirliyi Ağdərədə "Böyük Qayıdış" proqramı çərçivəsində aprelin 10-da ilk dəfə portativ stomatoloji qurğu tətbiq edib.

Bu barədə "Report"a Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tibdə inqilabi yenilik sayılan BPR Swiss-in SMART-PORT portativ stomatoloji qurğusu məktəblərdə, qocalar evlərində və səyyar müayinələrdə yüksək keyfiyyətli stomatoloji xidmət göstərməklə vətəndaşların klinikaya getmək ehtiyacını azaldır və müalicəyə çıxışı daha da asanlaşdırır. SMART-PORT-un fasiləsiz işləmə xüsusiyyəti, tez quraşdırılması və çoxfunksiyalı alətləri (mikromotor, skaler, üçfunksiyalı şpris) müalicə imkanlarını genişləndirir.

Məlumata görə, Ağdərə sakinləri səyyar şəraitdə bu portativ qurğu vasitəsilə tam stomatoloji xidmət alıblar. Tam avtonom iş rejimi və fasiləsiz işləmə imkanı sayəsində müalicələr daha sürətli və rahat aparılıb, vətəndaşların vaxtına qənaət olunub. Aksiyanın əsas məqsədi sakinlərin ağız boşluğunun vəziyyətinin qiymətləndirilməsi, müxtəlif stomatoloji patologiyaların erkən aşkarlanması, profilaktik tədbirlərin həyata keçirilməsi və vətəndaşlara geniş konsultativ tibbi xidmətlərin göstərilməsi olub.

Ümumilikdə, aksiyada 140-a yaxın vətəndaş tibbi müayinədən keçib, müvafiq müalicə prosedurları aparılıb, erkən diaqnostika və profilaktik konsultasiyalar təmin edilib.

Oxşar xəbərlər

İlham Əliyev Ağdərədə Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Prezident Ağdərədə "Qozlukörpü" Su Elektrik Stansiyasının açılışında iştirak edib
Yeni "McDonald"s" restoranı "Port Baku Mall"un qarşısında fəaliyyətə başlayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər