Qərbi Azərbaycan Xronikası: "Sultan Səlimin qoşunları Kiçik Vedidə düşərgə salıb"
"Baku TV"də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.
"Report" xəbər verir ki, "Bizi öz ərazimizdən Türkiyə tərəfə baxmağa qoymurdular" adlı veriliş Vedibasar mahalı, Vedi (Ararat) rayonu, Kiçik Vedi kənd sakini Yaqub Rzayevin həyat hekayəsinə həsr olunub.
O, 1952-ci ildə kolxozçu ailəsində doğulduğunu, ailədə 10 uşaq olduqlarını deyib: "Kəndin yaxınlığında Alban kilsəsi var idi, bizə onu daim Qriqoryan kilisəsi kimi qələmə veriblər. Dağın ətəyində hərbi zastava var idi. Uşaq vaxtı bizi o ərazidən Türkiyə tərəfə baxmağa qoymurdular. Kənddə 1921-ci ilə qədər ancaq azərbaycanlılar yaşayıb. Həmin ildən kəndə ermənilər yerləşdirilib. Kəndimizin tarixi qədimdir. Hələ 1514-cü ildə Sultan Səlimin qoşunları Kiçik Vedi ərazisində düşərgə salıb. Kiçik Vedi adı İravanın müfəssəl və icmal dəftərində də yazılıb və burada toponimlərin hamısı türk mənşəli olub".
Onun sözlərinə görə, 1901-ci ildə doğulan atası 1918-ci ildə erməni-müsəlman davasını yaxşı xatırlayırdı: "Erməni qırğınları başlayanda atamın 17 yaşı olub. O deyirdi ki, daşnaklar Azərbaycan evlərini yandırır, dağıdırdılar, insanları öldürürdülər. Ona görə məcburiyyət qarşısında qalıb biz Arazın o tayına keçdik. 1922-ci ildə geri qayıdanda görürlər ki, kəndə 193 erməni yerləşdirilib".
Daha ətraflı videoda:
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Çexiya və ABŞ arasında qaz tədarükü ilə bağlı razılaşmanın yekun variantı razılaşdırılıb
-
ABŞ-də Gmail və Outlook poçt xidmətlərinin fəaliyyətində fasilələr yaranıb
-
UEFA Millətlər Liqasında qrup mərhələsinin son oyunları keçirilib
-
Nvidia direktorlar şurası Censen Huangi baş direktor vəzifəsinə qaytarmaq niyyətində deyil
-
NATO Ukraynaya ABŞ silahları almaq üçün 10 milyard dollardan çox xərcləyib
-
Norveçdə pensiya yaşı artırıla bilər













