KİV: İslamabad danışıqlarında uranın zənginləşdirilməsi müzakirə olunacaq
Vaşinqton ilə Tehranın İslamabad danışıqlarında Hörmüz boğazı və uranın zənginləşdirilməsi müzakirə ediləcək.
"Far.Az" xəbər verir ki, bu barədə "GeoTV" məlumat yayıb.
"Atəşkəs razılaşması qüvvəyə mindikdən sonra ABŞ Prezidenti Donald Tramp yenidən açılmalı olan strateji əhəmiyyətli Hörmüz boğazı ilə bağlı İranın fəaliyyətindən narazılığını bildirib, Tehran isə Livanın da razılaşmaya daxil edilməsini israr edərək İsrailin Livandakı hücumlarına kəskin reaksiya verib", - məlumatda bildirilib.
İran rəsmiləri İsrailin Livana zərbələrinin Pakistandakı danışıqları "mənasız" etdiyini açıqlayıblar.
Rəsmi məlumatlara görə, İslamabad danışıqlarında İranda uranın zənginləşdirilməsi məsələsinə də toxunulacaq.
Qeyd edək ki, ABŞ vitse-prezidenti Cey Di Vens Pakistana səfərdən öncə jurnalistlərə bildirib ki, İran ABŞ-ni aldatmağa cəhd etsə, dialoq müsbət nəticə verməyəcək.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, Küveyt, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb. Aprelin 8-də isə İran ilə ABŞ və onların müttəfiqləri ikihəftəlik atəşkəs barədə razılığa gəliblər.
Oxşar xəbərlər
İlham Əliyevlə Cey Di Vens arasında geniştərkibli görüş başa çatıb
Dövlət rəsmiləri Hərbi Memorial Məzarlığı ziyarət ediblər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
İlham Əliyevlə Cey Di Vens arasında geniştərkibli görüş keçirilib - YENİLƏNİB-2
İlham Əliyevlə Cey Di Vens arasında geniştərkibli görüş başa çatıb - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan BP ilə birgə enerji layihələrinin inkişafını müzakirə edib – Yenilənib
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək













