Avropa çempionatı: Şəfəq Həmidova da yarımfinala yüksəlib - YENİLƏNİB-7
Far.Az xəbər saytı

Avropa çempionatı: Şəfəq Həmidova da yarımfinala yüksəlib - YENİLƏNİB-7


Azərbaycan cüdoçusu Şəfəq Həmidova Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.

"Far.Az" xəbər verir ki, 48 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 finalda Tara Babulfathdan (İsveç) güclü olub.

Qeyd edək ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq.

Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.

"Far.Az"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, idmançı 1/4 finalda Dilşot Xalmatova (Ukrayna) qalib gəlib.

Əhməd Yusifov (60 kq) isə bu mərhələdə uduzub. O, Fransa təmsilçisi Luka Mixeidze ilə bacarmayıb.

Ə.Yusifov təsəlliverici görüşə çıxacaq.

Azərbaycanın daha bir cüdoçusu Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında növbəti qələbəsini qazanıb.

"Far.Az"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, Şəfəq Həmidova son dünya çempionu Assunta Skuttonu (İtaliya) 1/8 finalda məğlub edib.

Leyla Əliyeva (52 kq) eyni mərhələdə Odette Qiuffridaya (İtaliya), Könül Əliyeva (48 kq) isə Laura Martines Abelendaya (İspaniya) uduzub.

1/4 finalda rusiyalı Murad Çopanova yenilən Turan Bayramov (66 kq) təsəlliverici görüşə qatılacaq.

Azərbaycan cüdoçusu Turan Bayramov (66 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında ikinci qələbəsini qazanıb.

"Far.Az"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, idmançı 1/8 finalda İtaliya təmsilçisi Elios Manzini məğlub edib.

Daha əvvəl Nikolas Kuntseni (Almaniya) üstələyən T.Bayramov 1/4 finala yüksəlib.

Gültac Məmmədəliyeva (52 kq) macarıstanlı Reko Ruppa uduzub.

Azərbaycanın daha üç cüdoçusu Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.

"Far.Az"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, Balabəy Ağayev (60 kq) 1/8 finalda Andrea Karlinonu (İtaliya) mübarizədən kənarlaşdırıb.

Əhməd Yusifov (60 kq) eyni raundda Çarli Eyri (Böyük Britaniya) məğlub edib.

Turan Bayramov (66 kq) isə 1/16 finalda Nikolas Kuntsedən (Almaniya) güclü olub.

Qeyd edək ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq.

Azərbaycanın daha iki cüdoçusu Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatına qələbə ilə start verib.

"Far.Az"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, Şəfəq Həmidova (48 kq) 1/16 finalda Erza Muminoviçi (Kosova) məğlub edib.

Könül Əliyeva (48 kq) isə Amber Qersyesi (Niderland) üstələyib.

Qeyd edək ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq.

Azərbaycanın daha bir cüdoçusu Leyla Əliyeva (52 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında növbəti mərhələyə vəsiqə qazanıb.

"Far.Az"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, onun rəqibi Nikolina Nişaviç (Serbiya) 1/6 final görüşünə çıxmayıb.

Bu səbəbdən L.Əliyeva 1/8 finala yüksəlib.

Daha əvvəl Gültac Məmmədəliyeva da bu raunda vəsiqə qazanıb.

Qeyd edək ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq.

Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva (52 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatına qələbə ilə start verib.

"Far.Az"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, idmançı 1/16 finalda Karla Tavares Fernandeşlə (Lüksemburq) üz-üzə gəlib.

Rəqibini məğlub edən Gültac Məmmədəliyeva növbəti raunda vəsiqə qazanıb.

Xatırladaq ki, bu gün Azərbaycanın 7 cüdoçusu tatamiyə çıxır. Avropa çempionatı aprelin 19-da başa çatacaq.

Oxşar xəbərlər

"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Hidayət Heydərov VI İslam Həmrəyliyi oyunlarında yarımfinala yüksəlib
Alim Nəbiyev MMA-də növbəti qələbəsini qazanıb, rəqibini 1-ci raundda nokaut edib
Turan Bayramov Avropa çempionatının 1/4 finalına yüksəlib - YENİLƏNİB-4
Alim Nəbiyev MMA üzrə ardıcıl olaraq üçüncü qələbəsini qazandı - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər