Röya Ayxan "Ay qız"ı təqdim etdi
Bu ili özü üçün "duetlər ili" elan edən Xalq artisti Röya Ayxan uğurlu layihələr silsiləsini davam etdirir.
Far.Az xəbər verir ki, ilin əvvəlindən etibarən bir-birinin ardınca maraqlı duetlər təqdim edən pop kraliça bu dəfə yeni "Ay qız" mahnısı ilə dinləyicilərinin qarşısına çıxıb.
Yeni musiqi parçası İsmail Zadə tərəfindən bəstələnib. Mahnının sözləri isə Həmid Məmmədli imzasını daşıyır. "Ay qız" bu dəfə duet formatında təqdim olunub - Röya Ayxan mahnını yaxın dostu Əkbər Əliyev ilə birlikdə səsləndirib.
Layihədə sənətçinin qardaşı İsmail Zadə ilə əməkdaşlıq yenidən diqqət çəkir. Ard-arda hitlər ərsəyə gətirən İsmail Zadə hər yeni işi ilə dinləyicilərin marağını qorumağı bacarır.
Ekran işi rejissor Roman Yaşar tərəfindən hazırlanıb. Layihənin musiqi tərtibatında Oğuz Yılmaz yer alıb
"Ay qız" artıq sosial platformalarda səs salaraq hitə çevrilməyə namizəddir.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Azərbaycanlı müğənnilər bu xarici ulduzlarla duet oxuyublar - SİYAHI
Röya Ayxan qardaşı İsmayılla "Nankor"u təqdim etdi
Xalq artisti Əminə Yusifqızı dəfn olunub
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Starmer: Fransa və Britaniya Hörmüzdə müdafiə xarakterli hərbi missiyaya başlamağa hazırdır
-
Hikmət Hacıyev: Genişmiqyaslı layihələrə Ermənistanın tranzit ölkə kimi qoşulması mümkündür
-
IAF Azərbaycanda kosmik sahənin inkişafını yüksək qiymətləndirir
-
BVF Venesuelaya maliyyə dəstəyi proqramı hazırlamağı planlaşdırır
-
Paytaxtın hansı küçələrində sıxlıq var? - 17.04.2026
-
Yunanıstan-Azərbaycan Hökumətlərarası Komissiyanın növbəti iclası oktyabrda Afinada keçiriləcək













