Hikmət Hacıyev: Azərbaycan regional sahibliyin qəti tərəfdarı olub
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Dəyişən dünyada regional sahibliyin rolu" mövzusunda ADF2026-da çıxış etməkdən şərəf duyduğunu qeyd edib.
Far.Az xəbər verir ki, o, bunu Antalya Diplomatiya Forumunda iştirakı ilə bağlı sosial media hesabındakı paylaşımında yazıb.
O, artan qütbləşmə və beynəlxalq münasibətlərə inamın azaldığı bir dövrdə regional sahibliyə strateji zərurət və məsuliyyət kimi yanaşıldığını vurğulayıb:
"Bizim üçün bu anlayış həm də regional liderlik, regional inklüzivlik və ortaq regional məsuliyyətdən ibarətdir. Azərbaycan ilk gündən etibarən regional sahibliyin qəti tərəfdarı olub. Azərbaycan-Türkiyə tərəfdaşlığından tutmuş regional təhlükəsizliyin əsas sütunu kimi, Azərbaycan–Gürcüstan–Türkiyə, Azərbaycan-İran-Türkiyə kimi genişləndirilmiş formatlara və qonşu regionlarla daha geniş əməkdaşlıqlara qədər bu səylər institusionallaşdırılmış regional əməkdaşlığın sabitlik və rifah gətirə biləcəyini nümayiş etdirir".
Honored to speak at #ADF2026 on “Role of Regional Ownership in a Transforming World.”
— Hikmet Hajiyev (@HikmetHajiyev) April 17, 2026
In an era of growing polarization and declining trust in international relations, regional ownership has become a strategic necessity and responsibility. For us it also consists of regional… pic.twitter.com/MSCEWSXZVo
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan BP ilə birgə enerji layihələrinin inkişafını müzakirə edib – Yenilənib
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu
-
Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin cari gündəliyi müzakirə olunub













