"Milli Aviasiya Akademiyası"nın baş məşqçisi Emin Əbilov: "Gəncə" ilə matça uğurlu start verə bilmədik"
Far.Az xəbər saytı

"Milli Aviasiya Akademiyası"nın baş məşqçisi Emin Əbilov: "Gəncə" ilə matça uğurlu start verə bilmədik"


"Milli Aviasiya Akademiyası" qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında "Gəncə" ilə bürünc medal matçına uğurlu start verə bilməyib.

Bunu "Report"a açıqlamasında komandanın baş məşqçisi Emin Əbilov deyib.

Mütəxəssis rəqibin daha əzmkar mübarizə apardığını bildirib:

"Oyuna uğurlu start verə bilmədik. Birinci setdə toparlanmağa çalışsaq da, yenə məğlub olduq. İkinci setdə dörd xal öndə olsaq da, üstünlüyü qoruya bilmədik. "Gəncə" komandası blokda, müdafiədə çox yaxşı çıxış etdi, güclü zərbələrlə qələbə qazandı. Rəqibi təbrik edirəm, çox əzmkar mübarizə nümayiş etdirdilər".

E. Əbilov rəqib kollektivin bu görüşə daha yaxşı kökləndiyini vurğulayıb:

"Müntəzəm çempionatda onlarla keçirdiyimiz hər iki oyunda - həm Bakıda, həm də Gəncədə biz qalib gəlmişdik. Lakin onlar bu gün oyuna daha ciddi fokuslanmışdılar. Yaxşı oynayıb qələbə qazandılar. Çempionat yekunlaşdı, növbəti mövsümdə görüşərik".

Qeyd edək ki, "Milli Aviasiya Akademiyası" bürünc medal uğrunda görüşdə "Gəncə"yə 0:3 hesabı ilə məğlub olub.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər