Zelim Kotsoyev diskvalifikasiya edilib, yığmamız turniri 4 medalla başa vurub
Far.Az xəbər saytı

Zelim Kotsoyev diskvalifikasiya edilib, yığmamız turniri 4 medalla başa vurub


Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında bürünc medal uğrunda görüşə buraxılmayacaq.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Zelim Kotsoyev yarımfinalda Simeon Katarina (Niderland) ilə dueldə qadağan edilmiş fəndə görə birbaşa "hansoku-make" aldığı üçün bürünc medal görüşündən kənarlaşdırılıb.

Bu gün mübarizəyə qoşulan idmançılardan Kənan Nəsibov (+100 kq) və Madina Kaisinova (+78 kq) mübarizəni erkən dayandırıblar.

Qeyd edək ki, bununla da yığma qitə birinciliyini 4 medalla başa vurub. Daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq), Turan Bayramov (66 kq) və Zelim Tçkayev (81 kq) bürünc medal qazanıblar.

***12:55

Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1/4 finalda Jombor Veqə (Macarıstan) qalib gələn təmsilçimiz növbəti raunda adlayıb.

Bu gün mübarizəyə qoşulan idmançılardan Kənan Nəsibov (+100 kq) və Madina Kaisinova (+78 kq) mübarizəni erkən dayandırıblar.

Xatırladaq ki, Avropa çempionatı bu gün başa çatacaq. Daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq), Turan Bayramov (66 kq) və Zelim Tçkayev (81 kq) bürünc medal qazanıblar.

***11:51

Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında 1/4 finala yüksəlib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1/8 finalda Yaroslav Davıdçuka (Ukrayna) qalib gələn təmsilçimiz növbəti raunda adlayıb.

Bu gün mübarizəyə qoşulan idmançılardan Kənan Nəsibov (+100 kq) və Madina Kaisinova (+78 kq) mübarizəni erkən dayandırıblar.

Xatırladaq ki, Avropa çempionatı bu gün başa çatacaq. Daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq), Turan Bayramov (66 kq) və Zelim Tçkayev (81 kq) bürünc medal qazanıblar.

***10:42

Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, idmançı 1/16 finalda Nikola Pavlovski (Şimali Makedoniya) ilə üz-üzə gəlib.

Rəqibini məğlub edən Z.Kotsoyev növbəti raunda vəsiqə qazanıb.

Bu gün Kənan Nəsibov (+100 kq) və Madina Kaisinov (+78 kq) də tatamiyə çıxacaqlar.

Xatırladaq ki, Avropa çempionatı bu gün başa çatacaq. Daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq), Turan Bayramov (66 kq) və Zelim Tçkayev (81 kq) bürünc medal qazanıblar.

***09:48

Azərbaycanın daha 3 cüdoçusu Gürcüstanın paytaxtı Tbilisidə keçirilən və bu gün başa çatacaq Avropa çempionatında mübarizəyə başlayacaq.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, yarışın son günündə Zelim Kotsoyev (100 kq), Kənan Nəsibov (+100 kq) və Madina Kaisinova (+78 kq) tatamiyə çıxacaqlar.

Avropa çempionatı

100 kq, 1/16 final

Zelim Kotsoyev - Nikola Pavlovski (Şimali Makedoniya)

+100 kq, 1/8 final

Kənan Nəsibov - Mateo Akiana Monqo (Fransa) / Erik Abramov (Almaniya) cütünün qalibi ilə

+78 kq, 1/16 final

Madina Kaisinova - Elis Startseva (Rusiya)

Xatırladaq ki, Avropa çempionatı bu gün başa çatacaq. Daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq), Turan Bayramov (66 kq) və Zelim Tçkayev (81 kq) bürünc medal qazanıblar.

Oxşar xəbərlər

AÇ: Zelim Kotsoyev diskvalifikasiya edilib, Azərbaycan yığması turniri 4 medalla başa vurub - YENİLƏNİB-6
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Avropa çempionatı: Azərbaycan cüdoçusu Zelim Kotsoyev yarımfinala yüksəlib - YENİLƏNİB-4
Avropa çempionatı: Azərbaycan cüdoçusu Zelim Kotsoyev yarımfinala yüksəlib
Avropa çempionatı: Azərbaycan cüdoçusu Zelim Kotsoyev 1/4 finala yüksəlib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər