Salyanda nadir memarlıq nümunəsi: bir əsrə yaxın yaşı olan binanın təmirə ehtiyacı var
Salyan rayonunda nadir memarlıq elementləri ilə seçilən, təxminən bir əsrə yaxın yaşı olan yaşayış binasının müəyyən konstruksiya elementləri sıradan çıxmağa başlayıb.
"Far.Az"un Aran bürosu xəbər verir ki, rayonun Babazənan yaşayış massivində yerləşən iki mərtəbəli, səkkiz mənzilli yaşayış binası özünəməxsus memarlıq üslubu ilə seçilir.
1930-cu ildə inşa edildiyi bildirilən binada hazırda altı ailə yaşayır. Tikilinin əsas fərqləndirici cəhətlərindən biri onun taxta konstruksiyalı fasadıdır.
Tarixçi-tədqiqatçı Sahib Həsənovun sözlərinə görə, bu tip binalar XIX əsrin sonlarından XX əsrin 30-cu illərinədək Azərbaycanın müxtəlif bölgələrində geniş yayılıb. O qeyd edib ki, sözügedən tikili memarlıq baxımından daha çox Cənub bölgəsinə xas yaşayış evlərini xatırladır. Eyni zamanda, Aran zonasında, xüsusilə, Salyan və Neftçala rayonlarında rast gəlinən köhnə evlərlə oxşarlıq təşkil edir.
Binanın ən diqqətçəkən hissəsi fasad örtüyüdür. Tikili uzun üfüqi deyil, kiçik kvadrat və düzbucaqlı formalı taxta parçalarla üzlənib. Bu taxta hissələr biri-birinin üzərinə yuxarıdan aşağıya doğru düzülərək balıq pulcuğunu xatırladan fərqli görüntü yaradır. Mütəxəssislərin fikrincə, həmin üsul binanı yağışdan, küləkdən və rütubətdən qorumaq məqsədi daşıyır.
Lakin illərin təsiri bu nadir tikilidə də öz izini buraxıb. Binanın bəzi hissələrində köhnəlmə və aşınma müşahidə olunur, müəyyən konstruksiya elementləri isə sıradan çıxmağa başlayıb. Mütəxəssislər hesab edirlər ki, belə memarlıq nümunələrinin qorunması və gələcək nəsillərə çatdırılması vacibdir. Çünki bu bina yalnız yaşayış sahəsi deyil, həm də bölgənin memarlıq tarixini yaşadan nadir nümunələrdən biridir.
Salyan Mənzil Kommunal Təmir-Tikinti MMC-dən "Far.Az"un yerli bürosuna bildirilib ki, bina hazırda müəssisənin balansındadır. Qurumdan bildirilib ki, tikilidə əsaslı bərpa və restavrasiya işlərinin aparılması yalnız müvafiq Dövlət Proqramı əsasında mümkün ola bilər.
Qeyd edək ki, təxminən bir əsrə yaxın yaşı olan bu tip yaşayış binası Salyan rayonunda günümüzədək qorunub qalan yeganə nümunədir.
Oxşar xəbərlər
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası istifadəyə verilib
Prezident Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksində görülmüş işlərlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda metronun işləməməsi ilə bağlı yeni qərar verildi, bəzi avtobuslar sərnişinləri pulsuz daşıyır
-
Zelenski: Ukrayna ordusunun Donbasdan çıxarılması strateji məğlubiyyət olar
-
Ermənistanda "Nestle" uşaq qidasında toksin tapıldı: 10 tona yaxın məhsul məhv edildi
-
Bakı metrosu fəaliyyətini bərpa edib - YENİLƏNİB 5
-
Əraqçi: ABŞ-nin təhdidləri diplomatik prosesə mane olur
-
ABŞ Livan və İsrail arasında atəşkəsin uzadılması üzərində işləyir













