Hesablama Palatası bitkiçilikdə subsidiya mexanizmlərində nöqsanlar aşkarlayıb
Hesablama Palatası bitkiçilik sahəsində dövlət dəstəyinin səmərəliliyində nöqsanlar aşkarlayıb.
"Far.Az" xəbər verir ki, bu barədə Palatanın "Dövlət auditi" bülletenində bildirilir.
Sənədə əsasən, audit 1 yanvar 2022-ci il tarixindən 1 aprel 2025-ci il tarixinə qədər dövrü əhatə edib, Kənd Təsərrüfatı Nazirliyinin, nazirlik yanında Aqrar Kredit və İnkişaf Agentliyinin, Aqrar Subsidiya Şurasının və digər aidiyyəti qurumların fəaliyyətini əhatə edib.
Hesabatda qeyd olunub ki, subsidiya və güzəştlər mexanizmlərinin tətbiqi zamanı monitorinq, nəticəlilik və nəzarət baxımından çatışmazlıqlar mövcuddur. Eyni zamanda, bu sahədə fəaliyyətin qiymətləndirilməsi üçün istifadə olunan məlumat bazalarının inteqrasiyası və məlumat mübadiləsi prosesləri tam təmin edilməyib.
Audit nəticələrinə görə, dövlət dəstəyi tədbirlərinin səmərəliliyinin ölçülməsi və nəticəyönümlü idarəetmə mexanizmlərinin tətbiqi sahəsində boşluqlar mövcuddur. Subsidiyaların ayrılması prosesində risk əsaslı yanaşmanın və effektiv nəzarət mexanizmlərinin kifayət qədər tətbiq olunmadığı qeyd olunub.
Bundan əlavə, audit zamanı subsidiya mexanizmləri üzrə məlumatların digər dövlət qurumlarının informasiya sistemləri ilə tam inteqrasiya edilməməsi səbəbindən bəzi hallarda dəstək tədbirlərinin hədəflənməsində problemlər yarandığı bildirilib.
Hesablama Palatası vurğulayıb ki, mövcud nöqsanlar dövlət dəstəyinin effektivliyinə və büdcə vəsaitlərindən istifadənin nəticəliliyinə mənfi təsir göstərir.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Nazirlik sel təhlükəsi zamanı qorunmağın yollarını göstərdi
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Nazirlik bu yanacaqdoldurma məntəqəsinin fəaliyyətini dayandırdı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda metronun işləməməsi ilə bağlı yeni qərar verildi, bəzi avtobuslar sərnişinləri pulsuz daşıyır
-
Girişi bağlanan metro stansiyasından GÖRÜNTÜLƏR
-
Bakı metrosu fəaliyyətini bərpa edib - YENİLƏNİB 5
-
Zelenski: Ukrayna ordusunun Donbasdan çıxarılması strateji məğlubiyyət olar
-
Metronun bağlanması səbəbindən avtobuslarda SIXLIQ VAR
-
Əraqçi: ABŞ-nin təhdidləri diplomatik prosesə mane olur













