Bakıda 727 min manatı qanunsuz leqallaşdıran şəxsə HÖKM OXUNDU
Bakıda banklardan birindən cinayət yolu ilə 727 min manatdan çox pul vəsaitini qanunsuz leqallaşdırmaqda təqsirləndirilən Vaysero Aleksandr Vladimiroviçin məhkəməsi yekunlaşıb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Tural Yaqubov ittiham nitqi ilə çıxış edib.
Prokuror məhkəməyə təqsirləndirilən şəxsin 5 il müddətinə azadlıqdan məhrum olunmasını təklif edib.
Vəkil müdafiə çıxışı etdikdən sonra təqsirləndirilən şəxs son söz deyib.
Daha sonra ona hökm oxunub, Vaysero Aleksandr Vladimiroviç 4 il müddətinə azadlıqdan məhrum edilib.
İstintaq zamanı müəyyən edilib ki, Vaysero Aleksandr tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı legallaşdırıb.
Belə ki, Vaysero Aleksandr Vladimiroviç ölkə hüdudlarından kənarda yaradılmış və qanunsuz fəaliyyət göstərən mərc, loto və digər qumar saytlarından daxil olmuş pul vəsaitlərinin həqiqi mənbəyini gizlədərək, onları müxtəlif şəxslərin adına olan bank kartlarına hissə-hissə olmaqla köçürməklə ümumilikdə 727 min 24 manat 40 qəpik məbləğində pul vəsaitini qanunsuz legallaşdırıb.
O, Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən tutularaq istintaqa cəlb edilib.
Toplanmış sübutlar əsasında Vaysero Aleksandr Vladimiroviçə Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə qazanılmış əmlakı leqallaşdırma) maddəsi ilə yekun ittiham verilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SƏRƏNCAM
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İrəvanda İspaniyanın fəxri konsulluğu açılıb
-
"Lufthansa" yanacaq çatışmazlığı səbəbindən on minlərlə uçuşu ləğv edib
-
"Tasnim": Qalibafın müşavirinin ABŞ ilə danışıqlar barədə fikri onun mövqeyini əks etdirmir - YENİLƏNİB
-
Bakı metropolitenində qatarların sabahkı hərəkət qrafikinə dəyişikliklər edilib
-
İran hesab edir ki, ABŞ atəşkəsi uzatmaqla vaxt qazanmağa çalışır
-
ABŞ Çini cilovlamaq təşəbbüsü üçün 12 milyard dollar ayıra bilər













