Türkiyənin BMT nümayəndəsi TDT-nin beynəlxalq statusu uğrunda Azərbaycanın rolunu yüksək dəyərləndirib
Türk Dövlətləri Təkilatının (TDT) BMT-də statusu ilə bağlı Azərbaycanın əzmkar missiyasını yüksək qiymətləndiririk.
Bunu "Report"un Türkiyə bürosuna bu ölkənin BMT-dəki daimi nümayəndəsi, ölkənin keçmiş xarici işlər nazirinin müavini Ahmet Yıldız bildirib.
O deyib ki, Türk dövlətlərinin əsas hədəflərdən biri TDT-nin BMT daxilində müəyyən status əldə etməsidir: "Bu istiqamətdə fəal şəkildə çalışırıq və Azərbaycanın missiyası bu prosesdə xüsusi rol oynayır. Eyni zamanda digər Türk dövlətlərinin də bu təşəbbüsləri dəstəkləməyə təşviq edirik və birgə fəaliyyət göstəririk".
Türk dilinin BMT-də tanınması və qəbul olunması ilə bağlı cəhdlərin olduğunu bildirən A.Yıldız dekabr ayında bu təşkilatda Türk Dili Gününün qeyd olunacağını vurğulayıb: "Bildiyiniz kimi, bəzi dillər – məsələn, portuqal və rus dilləri BMT-nin rəsmi dilləri olmasa da, həmin dillərə həsr olunmuş xüsusi günlər qeyd olunur. Biz də təşəbbüs irəli sürərək Türk dilinin də bu çərçivədə tanınmasına nail olmuşuq".
A.Yıldız TDT-nin beynəlxalq səviyyədə daha geniş tanıdılmasının da əsas məqsədləri olduğunu bildirib: "Azərbaycanlı həmkarımızla bu istiqamətdə fəaliyyətlərimiz davam edir. Çünki hələ də bir çox insan TDT haqqında kifayət qədər məlumatlı deyil. Bu məqsədlə də Türk Dili Günü çərçivəsində təşkilatın daha geniş tanıdılması da nəzərdə tutulur. Hazırda Qırğızıstan BMT-nin Təhlükəsizlik Şurasına namizəddir və onun seçilməsini təmin etməliyik".
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İrəvanda İspaniyanın fəxri konsulluğu açılıb
-
Bakı metropolitenində qatarların sabahkı hərəkət qrafikinə dəyişikliklər edilib
-
"Tasnim": Qalibafın müşavirinin ABŞ ilə danışıqlar barədə fikri onun mövqeyini əks etdirmir - YENİLƏNİB
-
"Lufthansa" yanacaq çatışmazlığı səbəbindən on minlərlə uçuşu ləğv edib
-
İran hesab edir ki, ABŞ atəşkəsi uzatmaqla vaxt qazanmağa çalışır
-
ABŞ Çini cilovlamaq təşəbbüsü üçün 12 milyard dollar ayıra bilər













