Aİ "Vahid Avropa - vahid bazar" yol xəritəsini təsdiqləyib
Avropa İttifaqının (Aİ) aparıcı institutlarının rəhbərləri vahid bazarın inteqrasiyasının dərinləşdirilməsi üzrə birgə yol xəritəsini razılaşdırıblar .
"Far.Az"un Avropa bürosu xəbər verir ki, razılaşma Kiprdə Aİ dövlət və hökumət başçılarının qeyri-rəsmi görüşü çərçivəsində Aİ Şurasına sədrlik edən ölkənin prezidenti Nikos Xristodulidis, Avropa Parlamentinin sədri Roberta Metsola və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen tərəfindən imzalanıb.
"Vahid Avropa - vahid bazar" sənədi artan geosiyasi və iqtisadi qeyri-sabitlik şəraitində 2027-ci ilin sonunadək əsas islahatların başa çatdırılmasını nəzərdə tutur. O, qanunvericilik təşəbbüslərinin qəbulu, tərəqqinin müntəzəm monitorinqi və Aİ institutları arasında məsuliyyətin bölüşdürülməsi üzrə konkret məqsədləri müəyyən edir.
"Bu yol xəritəsi Avropanın rəqabət qabiliyyətinin təşviqində dönüş nöqtəsini göstərir", - Xristodulidis deyib.
Onun sözlərinə görə, təşəbbüsün həyata keçirilməsi Aİ-nin dayanıqlığının və uzunmüddətli inkişafının gücləndirilməsi üçün "strateji zərurət"dir.
Metsola vurğulayıb ki, təşəbbüs parlamentin daha "güclü, rəqabətədavamlı və dayanıqlı Avropaya" dair çoxdankı çağırışlarını əks etdirir. "Biz cəsarətli qərarlar qəbul edəcəyimizi söyləmişdik - və biz bunu edirik", - deyə o bildirib və əlavə edib ki, sənəd vətəndaşlar və biznes üçün proqnozlaşdırılabilirliyi təmin edir.
Fon der Lyayen öz növbəsində qeyd edib ki, yol xəritəsi çərçivəsində nəzərdə tutulan tədbirlər blokun "iqtisadi artımını sürətləndirəcək, rəqəmsal transformasiyasını təmin edəcək və sənaye dayanıqlığını gücləndirəcək". "Bu, Avropa Komissiyası üçün mütləq prioritetdir və indi bizim aydın fəaliyyət planımız var", - o bildirib.
Təşəbbüs dərinləşən qlobal rəqabət və struktur iqtisadi çağırışlar şəraitində Aİ-nin rolunun gücləndirilməsi üzrə daha geniş strategiyasının bir hissəsi kimi nəzərdən keçirilir.
Oxşar xəbərlər
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Martın 15-i keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub
-
Bahar Muradova: "Qadınların şəhərsalmada iştirakı keyfiyyətli quruculuğunun vacib şərtidir"
-
Türkiyə ilə Böyük Britaniya arasında tərəfdaşlıq haqqında sənəd imzalanıb
-
ARDNF I rübdə 22 ton qızıl satıb
-
"Sabah" - "Qarabağ" oyununda baş hakimin qərarlarının doğru olduğu təsdiqlənib
-
BRAVO: 10 İlin Parıltısı













