Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının tərkibi dəyişib
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) İdarə Heyətinin (İH) sədr müavini Elmir Həbibullayev və “Kapital Bank” ASC-nin İH-nin üzvü Fərid Hidayətzadə Əmanətlərin Sığortalanması Fondunun Himayəçilər Şurasına üzv seçiliblər.
"Report" bu barədə "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, barədə qərar Assosiasiyanın Rəyasət Heyətinin geniş tərkibdə Ümumi Yığıncağında - gizli səsvermə nəticəsində qəbul edilib. Yeni üzvlər Şurada ABB-nin İH-nin sədri Abbas İbrahimovu və "Kapital Bank"ın Müşahidə Şurasının sədri Rövşən Allahverdiyevi əvəz ediblər.
Hazırda Himayəçilik Şurasına Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru Gülər Paşayeva sədrlik edir. Onun Şuradakı müavini isə AMB-nin daha bir baş direktoru Şahin Mahmudzadədir.
Şuranın digər üzvləri Elnur Əliyev (iqtisadiyyat nazirinin I müavini), Sadiq Əliyev (Əmək və Əhalilinin Sosial Müdafiəsi Nazirliyinin aparatının Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri) və Ziyəddin Allahverdiyevdir (Maliyyə Nazirliyinin aparatının Maliyyə Xidmətləri üzrə siyasət şöbəsinin müdiri).
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
"Azərbaycan Banklar Assosiasiyası"nın nəzdində yeni ekspert qrupları yaradılıb
Daşkənddə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclası keçirilib - YENİLƏNİB - 2
Daşkənddə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclası keçirilib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
Əməkdar artist: Canlandırdığım obrazın daxili dünyasını daha dərindən anlamağa çalışdım
-
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb
-
Qarakənd faciəsindən 35 il ötür
-
Uitkoff Berlində Avropa liderləri ilə görüşü məhsuldar adlandırıb













