Avropa liderləri Mertsin Ukraynanın Aİ-yə "aralıq inteqrasiyası"ı təklifini dəstəkləyib
Almaniya kansleri Fridrix Merts tamhüquqlu üzvlüyü gözləmədən, Aİ institutlarına mərhələli inteqrasiya yolu ilə Ukraynanın Avropa İttifaqı (Aİ) ilə yaxınlaşmasını sürətləndirməyi təklif edib, bu da Avropa liderləri tərəfindən müsbət qarşılanıb.
"Far.Az"un Avropa bürosu xəbər verir ki, bu barədə o, Nikosiyada Aİ liderlərinin sammitinin yekunlarına dair brifinqdə bildirib.
Kansler vurğulayıb ki, Ukraynanın Aİ-yə ani üzvlüyü, əlbəttə ki, qeyri-mümkündür, lakin yeni yaxınlaşma strategiyası işə salınmalıdır.
"Mən Ukraynanın Aİ-yə yekunda tamhüquqlu üzvlüyə gətirib çıxaracaq aralıq addımlarla mərhələli yaxınlaşması prosesinə başlamağı təklif etdim", - o qeyd edib.
Konkret tədbirlər sırasında o, Ukraynanın Avropa institutlarının işində səs hüququ olmadan iştirak etmək imkanını və islahatların gedişindən asılı olaraq Aİ-nin ayrı-ayrı sahələrinə tədricən daxil edilməsini vurğulayıb.
"Gələcək tamhüquqlu üzvlüyə körpü kimi, üzvlük danışıqlarını sürətləndirmək vacibdir", - Almaniya kansleri deyib.
Mertsin sözlərinə görə, onun təşəbbüsü həmkarları tərəfindən böyük dəstək qazanıb, baxmayaraq ki, ilk növbədə Ukraynanın vahid bazara çıxışının dərinliyi ətrafında əsas fikir ayrılıqları qalmaqdadır.
Aİ-nin reaksiyası: müddətsiz dəstək
Aİ Şurasının sədri Antonio Koşta danışıqların sürətləndirilməsini dəstəkləyərək, "süni müddətlər" müəyyən etmədən, Aİ-nin ümumi yanaşmasını faktiki olaraq təsdiqləyib.
"Bu, uzun və çox mürəkkəb bir prosesdir. Biz nə üç ay, nə də on il kimi süni müddətlər müəyyən edə bilmərik", - o, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və Kipr Prezidenti Nikos Xristodulidis ilə birlikdə keçirilən sammitin yekun mətbuat konfransında bildirib.
Koşta vurğulayıb ki, hətta müharibə şəraitində belə Ukrayna islahatlar sahəsində heyranedici irəliləyiş nümayiş etdirir, lakin genişlənmə prosesi ciddi şəkildə meyarlara əsaslanır.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen də ikitərəfli müqavilə məntiqini dəstəkləyib: "Əgər namizəd ölkə islahatları həyata keçirirsə, o, irəliləməlidir - bu, hər iki tərəfin öhdəliyidir".
O, xüsusi olaraq qeyd edib ki, Kiyevin son islahatları artıq Avropa maliyyələşdirməsini blokdan çıxarmağa imkan verib.
Macarıstanın Ukraynanın avrointeqrasiyasına dair danışıqların açılmasına qoyduğu vetonun gözlənilən ləğvindən sonra blok liderləri Ukraynanı Aİ-də görmək istəyi ilə Qərbi Balkan ölkələrinə də tətbiq edilən sərt qoşulma prosedurlarının qorunub saxlanması arasında balans tapmağa çalışırlar.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtv-nin baş direktoru vəzifəsinə sənəd qəbulu başlayıb
-
Kobaxidze: Zurab Pataradzenin səfirliyi dövründə Azərbaycanla münasibətlər yeni mərhələyə yüksəlib
-
Gəncədə dəm qazı can aldı
-
Tehran geri addım atmır: Danışıqlar donduruldu, ABŞ-yə şərt irəli sürüldü
-
Tramp Ağ Evdə Livan və İsrail arasında keçiriləcək danışıqlarda şəxsən iştirak edəcək
-
Nurəddin Rəcəbov: "Komandamız Avropanın ən güclüsü olub"













