Netanyahu: Tramp İrana çox güclü təzyiq göstərir
Far.Az xəbər saytı

Netanyahu: Tramp İrana çox güclü təzyiq göstərir


İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın İrana çox güclü iqtisadi və hərbi təzyiq göstərdiyini bildirib.

"Report" xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki videomüraciətində Trampla bu yaxınlarda telefon danışığı apardığını qeyd edərək bildirib.

"Mən sizə söz vermişdim ki, biz Yaxın Şərqin simasını dəyişəcəyik və məhz bunu da edirik. İlk növbədə – İran. Prezident Trampla əla danışığım oldu. O, İrana çox güclü təzyiq göstərir - həm iqtisadi, həm də hərbi. Biz tam koordinasiyada fəaliyyət göstəririk", - Netanyahu qeyd edib.

O əlavə edib ki, analoji yanaşma Livana münasibətdə də tətbiq edilir. Onun sözlərinə görə, İsrail Livanla tarixi sülh prosesinə başlayıb, lakin radikal "Hizbullah" qruplaşması bunu pozmağa çalışır.

"Biz istənilən təhdidə qarşı tam fəaliyyət azadlığını qoruyub saxlayırıq. Dünən hücum etmişik və bu gün də hücum edirik. Biz İsrailin şimal sakinlərinin təhlükəsizliyini bərpa etməkdə qərarlıyıq", - Netanyahu deyib.

Oxşar xəbərlər

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər