Türkiyə XİN: Cənubi Qafqazda yaranan sülh bəzi qüvvələrə verilən güclü bir cavabdır
Cənubi Qafqazda ortaya çıxan sülh və barış mühiti bölgənin əməkdaşlıq və sabitlik hövzəsinə çevrilməsini istəyənlərin tarixdən düşmənçilik yaratmağa çalışan qüvvələrə verdiyi güclü bir cavabdır.
"Report" xəbər verir ki, bu ifadələr Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) bəzi ölkələrin rəsmi şəxslərinin 1915-ci il hadisələrinə dair verdiyi bəyanatlarla bağlı yaydığı yazılı açıqlamada yer alıb.
Açıqlamada bəzi üçüncü ölkə siyasətçilərinin məsələni dar siyasi hesabları üçün istifadə etməyə çalışdıqları və ya öz məsuliyyətlərinin üstünü örtməyə cəhd kimi müşahidə olunduğu ifadə edilib.
Əsrlərboyu birlikdə yaşama mədəniyyətinin ən güclü nümunələrini özündə barındıran Türkiyənin 1915-ci il hadisələrinin ədalətli və elmi bir zəmində araşdırılması məqsədilə arxivlərini açdığı və "Ortaq Tarix Komissiyası" yaradılmasını təklif etdiyi qeyd edilən açıqlamada bu təklifin qüvvədə olduğu xatırladılıb.
"Niyyəti konstruktiv olan üçüncü tərəfləri ortaq və ədalətli bir yaddaşa nail olmağa yönəlmiş səyləri və son dövrdə inkişaf edən konstruktiv dialoq mühitini dəstəkləməyə dəvət edirik", - deyə açıqlamada vurğulanıb.
Qeyd edək ki, 1915-ci il hadisələri bəzi qüvvələr tərəfindən "erməni soyqırımı" kimi təqdim olunur və tarixdə ən mübahisəli mövzulardan biri hesab edilir. Osmanlı dövründəki hadisələr bəzi dövlətlər və tarixçilər tərəfindən "soyqırım" kimi tanınsa da, Türkiyə bu təsnifatı rədd edir və onun obyektiv araşdırılmasını təklif edir.
Oxşar xəbərlər
Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycanla Ruanda arasında sənədlər mübadilə olunub, prezidentlər mətbuata bəyanatlarla çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan BP ilə birgə enerji layihələrinin inkişafını müzakirə edib – Yenilənib
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu
-
Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin cari gündəliyi müzakirə olunub













