Almaniya Hörmüz boğazındakı missiya üçün Aralıq dənizinə mina əleyhinə gəmi göndərəcək
Almaniya hərbi mina əleyhinə gəmisini Hörmüz boğazında yerləşdirmək üçün Aralıq dənizinə göndərəcək.
"Far.Az" xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius Almaniyanın "Rheinische Post" qəzetinə müsahibəsində bildirib.
Pistoriusun sözlərinə görə, Almaniya qüvvələrinin xaricdə istənilən yerləşdirilməsi yalnız Bundestaqın mandatı olduğu halda mümkündür. Bununla əlaqədar, hadisələrə reaksiya müddətini qısaltmaq üçün hərbi dəniz bölmələrinin bir hissəsini əvvəlcədən Aralıq dənizinə göndərmək qərarı verilib.
"Biz Aralıq dənizinə mina əleyhinə gəmi göndərəcəyik və ona komandanlıq-təchizat gəmisi ayıracağıq. Hörmüz boğazı bölgəsində dəstəyi təmin etmək üçün tərəfdaşlarla koordinasiyalı şəkildə digər regionlardakı öhdəliklərin bir hissəsini müvəqqəti olaraq yenidən bölüşdürəcəyik", - nazir deyib.
Onun sözlərinə görə, bu, müvafiq siyasi qərar qəbul edildiyi təqdirdə mümkün yerləşdirilməni sürətləndirməyə imkan verəcək.
Nazir qeyd edib ki, daha əvvəl Qırmızı dənizdə Avropa İttifaqının "Aspides" hərbi dəniz missiyasının hazırlığı zamanı da analoji yanaşma tətbiq edilib, o zaman gəmilər rəsmi təsdiqdən əvvəl yerləşdirilmişdi.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Leyla Əliyevanın təşəbbüsü ilə Xəzər dənizinə həsr olunmuş beynəlxalq konfrans təşkil edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Xankəndidə şəhərdaxili avtobus marşrutları fəaliyyətə başlayır
-
Kür çayında su səviyyəsinin artması ilə bağlı vəziyyət müzakirə edilib
-
Xankəndidə "Yaradan" sənədli filminin təqdimatı keçirilib
-
Küveytin İraqla sərhəddəki buraxılış məntəqələrinə PUA ilə hücum edilib
-
PFL prezidenti Elxan Səmədov növbəti dəfə əməliyyat olunub
-
Gəncədə qonşular arasında dava - Bıçaqlanan var













