Avropa çempionatı: Azərbaycanın 5 güləşçisi qızıl medal uğrunda mübarizə aparacaq
Far.Az xəbər saytı

Avropa çempionatı: Azərbaycanın 5 güləşçisi qızıl medal uğrunda mübarizə aparacaq


Azərbaycanın daha dörd sərbəst güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatının finalına yüksəlib.

"Far.Az" xəbər verir ki, yarımfinalda Giorgi Meşvildişvili (125) türkiyəli Hakan Büyükçınqıla 3:1 hesabıyla qalib gəlib.

Ali Tsokayev (92 kq) isveçrəli Samuel Şerrerdən üstün olub - 6:0.

Arseniy Djioyev (86) latviyalı İvars Samusonoku tam üstünlüklə (12:2) yenərək qızıl medal uğrunda mübarizəyə qoşulub.

Turan Bayramov (74 kq) isə gürcüstanlı Giorgi Elbakidzeni 2:1 məğlub edib.

Nürəddin Novruzov (61 kq) yarımfinalda albaniyalı dünya çempionu Zəlimxan Abakarova 3:14 hesabıyla məğlub olub. Güləşçimiz sabah bürünc medal uğrunda mübarizə aparacaq.

Daha əvvəl isə Rəşid Babazadə (65 kq) və Cəbrayıl Hacıyev (79) bürünc medal görüşünə vəsiqə qazanıb.

Daha əvvəl İslam Bazarqanov (57 kq) da finala vəsiqə qazanmışdı.

Oxşar xəbərlər

Avropa çempionatı: Azərbaycanın beş sərbəst güləşçisi yarımfinala yüksəlib
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
Vətən müharibəsinin başlamasından 4 il ötür
Sərbəst güləşçi Arseniy Djioyev də Albaniyadakı turnirdə medal qazanıb - YENİLƏNİB-2
Leyla Əliyeva Tiranada "Hannah və Rosafa" uşaq evini və "Mother Teresa" Universitet Xəstəxana Mərkəzini ziyarət edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər