Zabratda sərnişin avtobusu QƏZAYA DÜŞDÜ - Xəsarət alan var
Far.Az xəbər saytı

Zabratda sərnişin avtobusu QƏZAYA DÜŞDÜ - Xəsarət alan var


Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər xəsarət alıb.

Far.Az Oxu.az-a istinadən xəbər verir ki, 107 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun "Hyundai" markalı minik maşını ilə toqquşması nəticəsində bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

***16:15

Zabrat qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə məlumat Far.Az-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, hadisə Zabrat DYP postunun yaxınlığında qeydə alınıb.

Hadisə şahidlərinin sözlərinə görə, qəza zamanı "Hyundai" markalı maşınla sərnişin avtobusu toqquşub.

Hadisə yerindən kadrları təqdim edirik

Oxşar xəbərlər

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
Veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısı açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər