Kişineuda yaşayış binasına PUA olduğu ehtimal edilən obyekt düşüb
Moldovanın paytaxtı Kişineuda aprelin 28-nə keçən gecə yaşayış binasının damına pilotsuz uçuş aparatı (PUA) olduğu ehtimal edilən obyekt düşüb.
"Report" xəbər verir ki, bu barədə Moldova mediası xəbər verir.
Hadisə barədə siqnal yerli vaxtla saat 01:00 radələrində yaşayış binasının sakinlərindən birindən daxil olub. Hadisə yerinə hüquq-mühafizə orqanları və müvafiq mütəxəssislər gəlib.
İlkin məlumatlara görə, obyekt dama dəyərkən zədələnib. Baxışdan sonra o götürülüb və mənşəyinin və mümkün təhlükəsinin müəyyən edilməsi üçün ətraflı ekspertizaya göndəriləcək.
Yoxlama başa çatdıqdan sonra sakinlərə mənzillərinə qayıtmağa icazə verilib.
Hazırda hüquq-mühafizə orqanları araşdırmanı davam etdirir və baş verənin bütün hallarını müəyyənləşdirir.
Oxşar xəbərlər
Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA
Türkiyə mediası Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışını geniş işıqlandırıb
İlham Əliyev Qarabağ Universitetinin Klinikası binasının açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Mülki aviasiyada təhlükəsizliyə nəzarətlə bağlı xidmət haqqı məbləğləri təsdiqlənib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sumqayıtda zəncirvari qəza olub, xəsarət alanlar var
-
"People" jurnalının "ən gözəl məşhuru" siyahısı: illər üzrə qaliblər
-
Zakir Həsənov italiyalı həmkarı ilə görüşüb və Qafqazda sabitliyi müzakirə edib
-
Azərbaycan və İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edilib - YENİLƏNİB
-
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi
-
Trampın qəbulunda atışmada şübhəli bilinən şəxsə yeni ittihamlar irəli sürülə bilər













