Livan prezidenti İsraili atəşkəs rejimini pozmamağa çağırıb
Far.Az xəbər saytı

Livan prezidenti İsraili atəşkəs rejimini pozmamağa çağırıb


Livan münaqişənin nizamlanması üzrə danışıqlarda irəliləyiş əldə etmək üçün İsraili atəşkəs rejimini pozmağı dayandırmağa çağırıb.

"Report" "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə Livan Prezidenti Cozef Aun ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşü zamanı bildirib.

Onun sözlərinə görə, Livan Ağ Evdən İsraillə birbaşa danışıqların başlama tarixinin təyin edilməsini gözləyir.

Aun həmçinin vurğulayıb ki, İsrail üçün təhlükəsizliyin qorunmasının yeganə yolu danışıqlardan keçir, onlar diplomatiyada irəliləyiş əldə etmək üçün müvəqqəti atəşkəsi pozmamalıdır.

"Əgər İsrail atəşkəs rejiminin pozulması və sərhədyanı kəndlərin dağıdılması vasitəsilə təhlükəsizliyə nail ola biləcəyini düşünürsə, yanlış fikirdədir. Çünki o, daha əvvəl də bunu etməyə cəhd edib və heç bir nəticə əldə etməyib", - Livan Prezidenti deyib.

Oxşar xəbərlər

Leyla Əliyeva Şuşa məscidi üçün hazırlanan dünya xalçaçılıq tarixinin ən böyük dairəvi xalçası ilə tanış olub
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər