Bakıda bağ evlərinin aylıq kirayə qiyməti 40 min manata çatır
Bakıda bağ evlərinin aylıq kirayə qiymətləri 1 000 manatdan başlayaraq 40 min manatadək dəyişir.
Far.Az Xəzər TV-yə istinadən xəbər verir ki, yay mövsümünün başlamasına hələ xeyli vaxt qalsa da, bağ evləri artıq indidən bron edilir. Vətəndaşlar evləri həm günlük, həm də aylıq olaraq kirayələyirlər. Qiymətlərin yüksək olmasına baxmayaraq, tələbat kifayət qədər çoxdur.
Rieltor Hacıbala Quliyevin sözlərinə görə, 1 000-1 500 manatlıq evlərə tələbat böyük olsa da, bazarda bu qiymət kateqoriyasında olan mənzillərin sayı azdır. Kirayəçi olmaq istəyənlər isə seçim edərkən əsasən evin təmirinə və otaqların sayına önəm verirlər.
Mütəxəssislər bildirirlər ki, yay fəsli yaxınlaşdıqca bağ evlərinin kirayə qiymətlərində artım müşahidə edilə bilər.
Oxşar xəbərlər
Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarları təqdim edilib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Devid Morens ABŞ-də COVID-19 sənədlərini gizlətməkdə ittiham olunur
-
"Reuters": ABŞ-də İranla müharibənin bitməsinin elan edilməsi nəzərdən keçirilir
-
İsrail Livanın cənubunda "Hizbullah"ın iki tunelini məhv edib
-
Bu il beynəlxalq axtarışda olan 22 nəfər xarici ölkələrdən ektradisiya edilib, 6 nəfər təhvil verilib
-
Mikayıl Cabbarov: "Özəl sektorda olan resurslar sonsuz deyil"
-
BMT: Cənubi Sudanda 7,8 milyon insan kəskin qida problemi ilə üz-üzə qalıb













