Tələblərə cavab verməyən heyvanlar satış zonasına buraxılmayacaq
Heyvan bazarlarında sərt qaydalar tətbiq ediləcək və tələblərə cavab verməyən heyvanlar satış zonasına buraxılmayacaq.
Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Qida Təhlükəsizliyi İnstitutunun İdentifikasiya və İzlənilmə Mərkəzinin direktoru Yavər Məmmədovun sözlərinə görə, heyvan bazarları yoluxucu xəstəliklərin ən sürətlə yayıla biləcəyi risk zonaları hesab olunur. Məhz bu səbəbdən bir müddət əvvəl dayandırılan bazarların fəaliyyəti artıq "Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları"nın tələblərinə uyğun olaraq bərpa edilib.
Yavər Məmmədov qeyd edib ki, identifikasiya (heyvanların qeydiyyata alınması və nişanlanması) heyvan oğurluğunun qarşısını alan ən güclü hüquqi sübutdur. Hazırda ölkə üzrə 972 min baş heyvan artıq identifikasiya olunub. Bu heyvanların peyvənd olunma tarixindən tutmuş mülkiyyətçisinə qədər bütün məlumatları vahid bazada yer alıb.
Vurğulanıb ki, bazara gətirilməzdən əvvəl hər bir heyvanın identifikasiyası mütləq təmin olunmalıdır. Əks halda, yaxın gələcəkdə həmin heyvanların satış zonasına daxil olması qeyri-mümkün olacaq.
Oxşar xəbərlər
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Azərbaycanda mal bazarları nə vaxtadək bağlı qalacaq? - Son vəziyyət, görülən və görüləcək işlər
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
Kəsilmiş ağacın əvəzinə yeni ağac əkilib və üzərinə identifikasiya etiketi vurulub
Ev şəraitində baş verən zəhərlənmə və 162 şübhəli müraciət: Yayda nədən uzaq durmalıyıq?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
AZAL-ın təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün Avropaya yola düşüblər
-
Suqovuşanda "Prezident Kuboku 2026" beynəlxalq reqatasının yarışları başlayıb
-
Bu il beynəlxalq axtarışda olan 22 nəfər xarici ölkələrdən ektradisiya edilib, 6 nəfər təhvil verilib
-
Mikayıl Cabbarov: "Özəl sektorda olan resurslar sonsuz deyil"
-
Mikayıl Cabbarov: "Sahibkarlığın inkişafı bir neçə vacib mərhələdən keçib"
-
Onlayn ticarət çətinləşir - Qiymətlər bahalaşacaq?













