Ucar sakinləri həyəcan təbili çalırlar: "Canavarlar artıq gündüz də hücum edir"
Far.Az xəbər saytı

Ucar sakinləri həyəcan təbili çalırlar: "Canavarlar artıq gündüz də hücum edir"


Ucar rayonunun Qazıyan kəndində canavarların yaşayış məntəqəsinə hücumu təsərrüfat sahiblərinə ciddi ziyan vurub. Hadisə gecə saatlarında kənd sakini Kifayət Babayevanın həyətyanı sahəsində baş verib. Nəzarətsiz qalan xırda buynuzlu heyvanlara hücum edən yırtıcılar 8 baş heyvanı tələf edib, 15-ni isə ağır yaralayıblar.

BAKU.WS xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.

Təsərrüfat sahibinin sözlərinə görə, canavar sürüsü fermerə ümumilikdə 8 min manata yaxın maddi ziyan vurub. Sakinlər bildirirlər ki, son vaxtlar ərazidə yırtıcıların sayı kəskin artıb və onlar artıq təkcə gecə deyil, gündüz saatlarında da kənd ətrafında görünməyə başlayıblar. Hətta yırtıcıların ev itlərinə də hücum çəkdiyi, sakinlər arasında ciddi narahatlıq yaratdığı bildirilir.

Məsələ ilə bağlı Ucar Heyvan Sağlamlığı və Baytarlıq Xidmətindən bildirilib ki, mütəxəssislər tərəfindən əraziyə dərhal baxış keçirilib. Tələf olmuş heyvanların cəsədləri baytarlıq-sanitariya qaydalarına uyğun şəkildə basdırılıb, tövlələr və ətraf ərazilər dezinfeksiya edilib. Yaralı heyvanlara lazımi baytarlıq yardımı göstərilib və onlar nəzarətə götürülüb.

Kənd sakinləri aidiyyəti qurumlardan təhlükəsizlik tədbirlərinin gücləndirilməsini və yırtıcılara qarşı mübarizədə köməklik göstərilməsini xahiş edirlər.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər