"Sabah"ın basketbolçusu Şirzad Şirzadov: "Final seriyasında səhv etmək olmaz"
Far.Az xəbər saytı

"Sabah"ın basketbolçusu Şirzad Şirzadov: "Final seriyasında səhv etmək olmaz"


Azərbaycan Basketbol Liqasının final seriyasında səhv etmək olmaz.

Bunu "Report"a açıqlamasında "Sabah" komandasının oyunçusu Şirzad Şirzadov deyib.

O, "Abşeron Lions"a 98:93 hesabı ilə qalib gəldikləri oyunla bağlı fikirlərini bölüşüb:

"Final seriyası fərqlidir. Hər iki komanda qalib gəlmək üçün var qüvvəsi ilə mübarizə aparır. Burada səhv etmək olmaz. Oyuna yaxşı hazırlaşsaq da, ilk periodlarda müdafiədə yaxşı çıxış etmədik. Lakin sonradan müdafiədə oyunumuzu sərtləşdirdik və tədricən gedişatı öz xeyrimizə dəyişməyi bacardıq".

Qarşılaşmada 16 xalla yadda qalan, 3 xallıq atışlar zamanı altı cəhddən beşini uğurlu icra edən Ş.Şirzadov öz oyunu haqqında da danışıb:

"Komanda yoldaşlarım mənə güvəndi və atışlarım dəqiq alındı. Növbəti oyunlarda da komandama maksimum faydalı olmağa çalışacağam".

Xatırladaq ki, Azərbaycan Basketbol Liqasında final seriyasının ikinci matçı mayın 2-də baş tutacaq. Üç qələbə qazanan komanda ölkə çempionu olacaq.

Oxşar xəbərlər

Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
"Abşeron Lions" "Neftçi"ni məğlub edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Musiqili teatrda tarixi an: Dilarə Kazımova "Chicago" ilə yadda qaldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər