Paşinyan Şahin Mustafayevin Ermənistana səfərini çox mühüm hadisə adlandırıb
Far.Az xəbər saytı

Paşinyan Şahin Mustafayevin Ermənistana səfərini çox mühüm hadisə adlandırıb


Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin Ermənistana səfərini çox mühüm hadisə adlandırıb.

"Far.Az" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə o, jurnalistlərlə söhbəti zamanı bildirib.

"Mən iki ölkənin baş nazir müavinlərinin qarşılıqlı səfərlərini sülh prosesi çərçivəsində tarixi hesab edirəm. Mən çox şadam ki, biz bu mərhələyə çatdıq", - o deyib.

Paşinyan, həmçinin əlavə edib ki, Azərbaycan və Ermənistan arasında münasibətlər daim yaxşılaşmalı, sülh isə tədricən möhkəmlənməlidir.

"Normal və uzunmüddətli perspektivdə mehriban qonşuluq münasibətləri qurmaq lazımdır", - o vurğulayıb.

Qeyd edək ki, aprelin 29-da baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdə olub.

Oxşar xəbərlər

Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Türkiyə Ali Məhkəməsinin nümayəndə heyəti Xankəndidə olub
Milli Qəhrəman Şahin Tağıyev dəfn edilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər