Kats İrana qarşı hərbi əməliyyatların bərpa olunmasını mümkün sayır
Far.Az xəbər saytı

Kats İrana qarşı hərbi əməliyyatların bərpa olunmasını mümkün sayır


İsrailin müdafiə naziri İsrael Kats İrana qarşı hərbi əməliyyatların yaxın vaxtlarda bərpa olunması ehtimalını mümkün hesab edib.

"Far.Az" İsrail mediasına istinadən xəbər verir ki, o bu barədə İsrail ordusunun Hərbi Hava Qüvvələrinin gələcək komandanı Omer Tişlerə general-mayor rütbəsinin verilməsi mərasimində bildirib.

"İran son bir ildə çox ciddi zərbələr alıb və bu zərbələr onu bütün sahələrdə illərlə geriyə atıb", - nazir bildirib.

O həmçinin qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə koordinasiyalı şəkildə əməliyyatın məqsədlərinə çatmaq üçün göstərilən səylərə rəhbərlik edir.

"Biz bu səyləri dəstəkləyirik, lakin qarşıya qoyulmuş vəzifələrin icrasına zəmanət vermək üçün, ola bilsin ki, tezliklə yenidən əməliyyatlara qayıtmalı olacağıq", - Kats vurğulayıb.

Oxşar xəbərlər

Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər