Naxçıvanda 290 uşaq peyvəndə cəlb edilərək immunlaşdırılıb
Naxçıvan Muxtar Respublikasında ənənəvi olaraq qeyd olunan "İmmunlaşdırma həftəsi" bu il də uğurla yekunlaşıb.
"Report"un yerli bürosu xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə 2006-cı ildən etibarən Avropa regionunda keçirilən həftə çərçivəsində muxtar respublikanın bütün şəhər və rayonlarını əhatə edən tədbirlər təşkil olunub.
Bu müddətdə peyvənddən müxtəlif səbəblərlə kənarda qalan uşaqların müəyyənləşdirilməsi və immunizasiyaya cəlb olunması istiqamətində məqsədyönlü işlər görülüb, prosesə nəzarət məqsədilə monitorinqlər aparılıb.
Görülən tədbirlər nəticəsində ümumilikdə 290 uşaq peyvəndə cəlb edilərək immunlaşdırılıb.
Qeyd edək ki, "İmmunlaşdırma həftəsi" peyvəndləmənin vacibliyinə ictimai diqqətin artırılmasına xidmət edir. İmmunizasiya hər il milyonlarla insanı difteriya, tetanus, göyöskürək, qızılca, parotit və məxmərək kimi təhlükəli infeksiyalardan qoruyaraq, xəstəlik, əlillik və vaxtsız ölüm hallarının qarşısının alınmasında mühüm rol oynayır.
Oxşar xəbərlər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı və Abşeronun bir hissəsinə 3 gündür su niyə gəlmir?
-
Binəqədidə təmirə görə iki avtobusun marşrutu dəyişdirildi
-
Sumqayıtda dənizdə batan 82 yaşlı kişinin meyiti tapılıb
-
Beynəlxalq səyyahların Şuşaya səfəri başlayıb
-
Abşeronda hüquqpozmalara qarşı növbəti profilaktik tədbirlər keçirilib - 23 motoxuliqan saxlanılıb
-
Cəbrayılda 26 yaşlı kişi mina partlayışında yaralanıb













