Leyla Abdullayeva Fransadakı tələbələri Azərbaycan həqiqətlərini çatdırmağa çağırıb
Fransanın paytaxtı Parisdə bu ölkədə təhsil alan azərbaycanlı tələbələrin forumu keçirilib.
"Report"un Fransa bürosu xəbər verir ki, Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində keçirilən forumda səfir Leyla Abdullayeva, eləcə də Paris və digər şəhərlərdəki ali təhsil ocaqlarında süni intellekt, kibertəhlükəsizlik, kimya mühəndisi, xarici dillər, kommunikasiya və digər peşələr üzrə təhsil alan yüzdən artıq azərbaycanlı tələbə iştirak edib.
Tədbirdə çıxış edən səfir L.Abdullayeva tələbələrə Azərbaycanın yerləşdiyi regionun mürəkkəb geosiyasi mövqeyi haqqında məlumat verib, qadın hüquqlarına toxunub.
Səfir Fransada Azərbaycan haqqında yanlış, reallıqdan kənar məlumatların yayılmasına təəssüf edib. L.Abdullayeva tələbələri oxuduqları təhsil ocağında Azərbaycan barədə həqiqətləri çatdırmağa dəvət edib.
Forum çərçivəsində Fransada doktorantura üzrə təhsili alan azərbaycanlı tələbələr Kübra Bayramova, Səid Paşayev, Ülvi Bağıyev "Yaşıl dünya naminə həmrəylik" mövzusu üzrə təqdimatlar ediblər. Onlar qlobal istiləşmə, havaya buraxılan karbonun həcmi və iqlimə təsiri, Azərbaycanın karbon siyasəti, "Yaşıl dünya" naminə atılan addımlar barədə danışıblar.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Pulsuz yemək, ödənişsiz yataqxana
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Xaricdə təhsil imkanları genişləndirilir - YENİLİKLƏR VƏ FÜRSƏTLƏR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəranda güclü külək bir sıra fəsadlar törədib, 15-ə yaxın irigövdəli ağac aşıb
-
Kənan Nəsibov: "2028-ci il Los-Anceles olimpiadasında Azərbaycana medal gətirəcəyəm"
-
FT: ABŞ Rusiyanın neft zavodlarına zərbələrə görə Ukraynanı məlumat ötürməməklə hədələyib
-
Tramp: Ukraynanın yeni prezident seçmək vaxtı çatıb
-
Azərbaycan Premyer Liqası: "Zirə" evdə "Şamaxı" ilə heç-heçə edib
-
Kənan Nəsibov Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb













