Keçmiş model küçələrdə yaşayır: zibildən qida toplayır
Bir vaxtlar moda və fitnes dünyasının tanınmış simalarından olan Loni Uilison hazırda ABŞ-də küçələrdə yaşamaq məcburiyyətində qalıb.
Far.Az xəbər verir ki, bir dövr jurnalların üz qabığında yer alan və fitnes məşqçisi kimi fəaliyyət göstərən keçmiş model hazırda Los-Anceles küçələrində evsiz həyat sürür. O, tez-tez alış-veriş arabası ilə gəzərkən və zibildən qida axtararkən görüntülənir.
1980-ci illərdə doğulan Uillison 2000-ci illərdə karyerasının ən parlaq dövrünü yaşayıb. Onun həyatı 2012-ci ildə Ceremi Cekson ilə evliliyindən sonra daha çox diqqət mərkəzinə düşüb.
Bildirilir ki, 2014-cü ildə boşanmadan sonra psixoloji problemlər və asılılıq keçmiş modelin həyatında ciddi dönüş nöqtəsi olub. Nəticədə o, işini, evini və maddi imkanlarını itirib.
Mətbuatda qeyd olunur ki, Uillison uzun müddətdir ona təklif olunan yardımları qəbul etmir. Onun hekayəsi psixoloji problemlər və asılılığın insan həyatına təsirinin ağır nəticəsi kimi qiymətləndirilir.
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib
Leyla Əliyeva Tiranada "Hannah və Rosafa" uşaq evini və "Mother Teresa" Universitet Xəstəxana Mərkəzini ziyarət edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Elvin Kazımov Tailandda muaytay yarışında birinci yerə çıxıb
-
Ernesto Qusman: Kuba suverenliyə hörmət əsasında ABŞ ilə dialoqa hazırdır
-
Mahir Məmmədov: "Baku Open 2026" Beynəlxalq Şahmat Festivalına rekord sayda iştirakçı qatılıb"
-
Nepalda "Jeep"in uçurumdan düşməsi nəticəsində 17 nəfər ölüb
-
"Nar" beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
-
Serbiya Prezidenti: Azərbaycandan sonra karyeramın ən vacib səfəri Çinə baş tutacaq













