ADB Bakı metrosunun genişləndirilməsinə 850 milyon dollar kredit verə bilər
Far.Az xəbər saytı

ADB Bakı metrosunun genişləndirilməsinə 850 milyon dollar kredit verə bilər


Asiya İnkişaf Bankı (ADB) "Bakı Metropoliteni" QSC-nin genişləndirilməsi üzrə 850 milyon ABŞ dolları dəyərində investisiya layihəsini nəzərdən keçirir.

BAKU.WS report-a istinadən xəbər verir ki, layihəsinin təsdiq edilməsi 26 avqust 2027-ci ilə gözlənilir.

Bank bəyan edib ki, son illər Bakıda metrodan istifadə elə sürətlə artıb ki, mövcud və potensial tələbatın qarşılanması üçün şəbəkənin genişləndirilməsi və xidmət tezliyinin artırılması zərurəti yaranıb. Odur ki, "Bakı Metropoliteni" Yaşıl və Bənövşəyi xətləri üzrə əlavə 20 km tunelin,, 9 yeni stansiyanın (Yaşıl xətt üzrə 4, Bənövşəyi xətt üzrə 5) və 2 deponun inşasını, əlavə hərəkət tərkibinin (300 vaqon) alınmasını nəzərdə tutan layihə hazırlayır. Layihənin ümumi dəyəri təxminən 2,6 milyard ABŞ dollarıdır.

Bu investisiya proqramı artan nəqliyyat sıxlığı ilə üzləşən Böyük Bakının ərazisində metro xidmətlərinin əhatə dairəsini genişləndirmək üçün zəruridir. Əməliyyat sistemlərinin modernləşdirilməsi ilə birlikdə layihənin sistemin illik daşıma qabiliyyətini 25 milyon sərnişin artıracağı gözlənilir. Bu artım əsasən qatarlararası intervalın 2 dəqiqədən 1 dəqiqə 45 saniyəyə endirilməsi hesabına təmin olunacaq.

Proqram krediti 30 yanvar 2025-ci ildə təsdiq edilmiş "2025-2030-cu illər üzrə Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun yaxşılaşdırılması üzrə Dövlət Proqramı"nın ayrılmaz hissəsidir. Proqramın məqsədi Bakı şəhəri və ətraf ərazilərin nəqliyyat infrastrukturunu təkmilləşdirmək, iqtisadi inkişafı sürətləndirmək, paytaxtın Baş Planına (2020-2040) uyğun olaraq əhalinin həyat səviyyəsini yüksəltməkdir.

Proqram milli, regional və yerli əsas maraqlı tərəflərlə sıx koordinasiya şəraitində hazırlanıb və Bakı şəhərində daha yaşıl, daha inklüziv və iqtisadi baxımdan daha firavan urban mühitin formalaşdırılmasına yönəlmiş kompleks yanaşma çərçivəsində icra olunacaq.

Oxşar xəbərlər

Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər