Türkiyə və Gürcüstandan olan din xadimlərindən ibarət nümayəndə heyəti ölkəmizə səfər edəcək
Mayın 3-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Türkiyənin Qars və İğdır vilayətlərindən, Gürcüstanın azərbaycanlılar yaşayan müxtəlif bölgələrindən olan, həmçinin ölkəmizdə fəaliyyət göstərən din xadimlərindən ibarət nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına səfəri təşkil olunacaq.
Far.Az xəbər verir ki, xaricdə yaşayan soydaşlarımızla dini-mənəvi əlaqələrin gücləndirilməsi, ortaq dəyərlər əsasında əməkdaşlığın inkişaf etdirilməsi, maarifləndirmə fəaliyyətinin sistemli şəkildə genişləndirilməsi məqsədilə təşkil ediləcək səfər çərçivəsində "Zəngəzur yolu – tarixin izi ilə" mövzusunda konfrans keçiriləcək. Konfransda ortaq milli-mənəvi dəyərlərin qorunması və təbliğinin əhəmiyyəti, dini həmrəyliyin möhkəmləndirilməsi, bu sahədə qarşıda duran vəzifələr və prioritet istiqamətlər üzrə geniş fikir mübadiləsi aparılacaqdır.
Səfər proqramına, həmçinin Naxçıvanda yerləşən tarixi-dini abidələrin ziyarəti daxildir.
40-dan çox azərbaycanlı din xadiminin iştirak edəcəyi səfər mayın 6-dək davam edəcək.
Oxşar xəbərlər
Qarabağ Universitetində "Mənəvi dəyərlər" günü keçirilib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Leyla Əliyeva Türkmənistanda beynəlxalq konfransda iştirak edib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Elvin Kazımov Tailandda muaytay yarışında birinci yerə çıxıb
-
Ernesto Qusman: Kuba suverenliyə hörmət əsasında ABŞ ilə dialoqa hazırdır
-
Mahir Məmmədov: "Baku Open 2026" Beynəlxalq Şahmat Festivalına rekord sayda iştirakçı qatılıb"
-
Serbiya Prezidenti: Azərbaycandan sonra karyeramın ən vacib səfəri Çinə baş tutacaq
-
Nepalda "Jeep"in uçurumdan düşməsi nəticəsində 17 nəfər ölüb
-
"Nar" beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu













