Elçin Mirzəbəyli: "Səyyar gömrük auditinə verilən geniş səlahiyyətlər müəyyən risklər doğura bilər"
Far.Az xəbər saytı

Elçin Mirzəbəyli: "Səyyar gömrük auditinə verilən geniş səlahiyyətlər müəyyən risklər doğura bilər"


Azərbaycanda səyyar gömrük auditinə verilən geniş səlahiyyətlər müəyyən risklər doğura bilər.

"Report" xəbər verir ki, bunu deputat Elçin Mirzəbəyli Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında - "Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsi I oxunuşda müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, bu risklərə audit müddətinin uzadılması imkanları, təkrar yoxlamaların aparılması və sahibkarın fəaliyyət məkanına daxilolma prosedurlarının geniş çərçivədə tənzimlənməsi daxildir: "​Bunlar inzibati müdaxilənin arta biləcəyi ehtimalı yaradır. Bu baxımdan yaxşı olar ki, səyyar auditin aparılması üçün əsaslı şübhə meyarları normativ qaydada konkretləşdirilsin, eləcə də auditlərin ümumi sayı və müddəti üzrə əlavə məhdudiyyətlər müəyyən edilsin və audit prosesində videoqeydiyyatın aparılması norma kimi müəyyənləşdirilsin".

Deputat əlavə edib ki, layihənin mühüm istiqamətlərindən biri də gömrük auditinin institusional çərçivəsinin genişləndirilməsidir: "Kameral və səyyar audit mexanizmlərinin ayrılması, müddətlərin konkret müəyyən edilməsi, audit prosesinin mərhələli tətbiqinə imkan yaradılması müsbət addım kimi qiymətləndirilməlidir. Bu yanaşma sahibkarlar üçün daha proqnozlaşdırıla bilən mühit yaradır".

Oxşar xəbərlər

Milli Məclisin növbədənkənar sessiyası üzrə son iclasının gündəliyi açıqlanıb
Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclası başladı
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər