Azər Həşimov: "Qarabağ" üzərində qələbə "Neftçi" üçün böyük əhəmiyyət daşıyırdı"
"Qarabağ"la oyunda qələbə qazanmaq "Neftçi" üçün olduqca vacib idi.
Bu barədə "Report"a açıqlamasında "Karvan-Yevlax"ın sabiq baş məşqçisi Azər Həşimov bildirib.
41 yaşlı mütəxəssis Bakı təmsilçisinin 2:1 hesabı ilə qalib gəldiyi Misli Premyer Liqasının XXI turundan təxirə salınmış oyunla bağlı fikirlərini bölüşüb:
"Neftçi"yə qələbə olduqca vacib idi. Komanda dördüncü yeri tutmaq və avrokubok şansını daha da artırmağı planlaşdırır. Mübarizədən qopmamağa çalışırlar. Dünənki görüşdə də bunun şahidi olduq. "Qarabağ"la matçda sonadək mübarizə apardılar".
A.Həşimovun sözlərinə görə, "ağ-qaralar"ın azarkeşləri komandalarının qələbə qazanacağına inanıb:
"Əvvəlki oyundakı 1:5 hesablı məğlubiyyətə baxmayaraq, fanatlar tribunalarda yenə öz yerlərini almışdılar. "Neftçi" xalqın komandasıdır. Həqiqətən bu klubun azarkeşləri ölkəmizdə çoxdur. Görüşdən əvvəl komandanın minimum heç-heçəyə nail olacağını proqnozlaşdırırdım. "Qarabağ" ötən həftəsonu rəqibini 5:1 hesabı ilə yenib. Bəlkə də bəzi oyunçularda bir az arxayınlıq olub. Böyükhesablı qalibiyyətdən sonra istər-istəməz, az da olsa, bu yaşanır. Futbol diqqəti, məsuliyyəti və konsentrasiyanı sevir".
Xatırladaq ki, "Neftçi" hazırda Misli Premyer Liqasında 47 xalla dördüncü pillədə qərarlaşıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Leyla Əliyevanın təşəbbüsü ilə Yevlax şəhərində uşaqlar üçün Yeni il tədbiri keçirilib
Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun doğum günüdür
Polad Həşimovun doğum günüdür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Elvin Kazımov Tailandda muaytay yarışında birinci yerə çıxıb
-
Ernesto Qusman: Kuba suverenliyə hörmət əsasında ABŞ ilə dialoqa hazırdır
-
Mahir Məmmədov: "Baku Open 2026" Beynəlxalq Şahmat Festivalına rekord sayda iştirakçı qatılıb"
-
Serbiya Prezidenti: Azərbaycandan sonra karyeramın ən vacib səfəri Çinə baş tutacaq
-
Nepalda "Jeep"in uçurumdan düşməsi nəticəsində 17 nəfər ölüb
-
"Prezident Kuboku 2026": Azərbaycan avarçəkəni Azər İlyasov qızıl medal qazanıb - YENİLƏNİB













