Avropa İttifaqının əhalisi 2100-cü ilədək 53 milyon azalacaq
Avropa İttifaqının (Aİ) əhalisinin 2100-cü ilə qədər 53 milyon nəfər azalacağı proqnozlaşdırılır. Bu barədə Eurostat statistika xidməti məlumat yayıb.
Far.Az xəbər verir ki, 2025-ci ildə Aİ əhalisi 451,8 milyon nəfər səviyyəsində qiymətləndirilir. Proqnoza görə, əhali 2029-cu ilə qədər artaraq 453,3 milyon nəfərlə pik həddə çatacaq. Bundan sonra isə uzunmüddətli azalma başlayacaq və 2100-cü ildə 398,8 milyon nəfərə düşəcək.
Məlumata əsasən, əsas səbəb doğum səviyyəsinin aşağı olmasıdır. Aİ-də qadın başına düşən doğum göstəricisi təxminən 1,3 olaraq qalır ki, bu da əhalinin təbii bərpası üçün tələb olunan 2,1 səviyyəsindən xeyli aşağıdır.
2012-ci ildən etibarən Avropada ölüm halları doğumları üstələyir. Əhalinin artımını əsasən miqrasiya təmin edir. 2025-ci ildə Aİ-də miqrantların sayı 64 milyon nəfərə çatıb. Bu, illik 3,4% artım deməkdir.
Bununla belə, Avropa Parlamentinin qiymətləndirməsinə görə, miqrasiya təkbaşına əhalinin yaşlanma problemini həll etmək gücündə deyil. Proqnozlara əsasən, 2100-cü ilə qədər 80 yaşdan yuxarı insanların payı 6%-dən 16%-ə yüksələcək, əmək qabiliyyətli əhalinin payı isə azalacaq.
Oxşar xəbərlər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Elvin Kazımov Tailandda muaytay yarışında birinci yerə çıxıb
-
Ernesto Qusman: Kuba suverenliyə hörmət əsasında ABŞ ilə dialoqa hazırdır
-
Mahir Məmmədov: "Baku Open 2026" Beynəlxalq Şahmat Festivalına rekord sayda iştirakçı qatılıb"
-
Serbiya Prezidenti: Azərbaycandan sonra karyeramın ən vacib səfəri Çinə baş tutacaq
-
Nepalda "Jeep"in uçurumdan düşməsi nəticəsində 17 nəfər ölüb
-
"Prezident Kuboku 2026": Azərbaycan avarçəkəni Azər İlyasov qızıl medal qazanıb - YENİLƏNİB













