Sibiqa: Ukrayna Rusiyadan 9 may üçün atəşkəs barədə təkliflər almayıb
Ukrayna 9 mayda atəşkəslə bağlı Rusiyadan rəsmi təkliflər almayıb.
"Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa cümə günü jurnalistlərə bildirib.
"Bu, rusların amerikalıların xoşuna gəlmək üçün növbəti cəhdidir. Konstruktivizmin hansısa elementini göstərməkdir. Volodimir Zelenski (Ukrayna Prezidenti - red.) açıq şəkildə bildirib ki, hazırda Ukrayna tərəfi onlardan heç bir təklif almayıb", – o qeyd edib.
Sibiqanın sözlərinə görə, Ukrayna sülh səylərinə sadiqdir və şərtsiz atəşkəsə hazırdır, lakin hazırda Rusiya tərəfindən müvafiq təkliflər gəlməyib.
Sibiqa qeyd edib ki, Kiyev müharibənin başa çatdırılması yollarını axtarmağı və davamlı atəşkəsə nail olmağı zəruri hesab edir.
O, həmçinin mümkün "müvəqqəti atəşkəsləri" siyasi və diplomatik manevr cəhdi adlandıraraq vurğulayıb ki, Ukrayna onlara Rusiyanın informasiya təsiri və daxili təbliğat aləti kimi baxır.
Qeyd edək ki, aprelin 29-da ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında telefon danışığı baş tutub. Danışığın yekunlarına əsasən, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Putin Rusiya-Ukrayna münaqişəsinin müzakirəsi kontekstində İkinci Dünya Müharibəsində qələbənin 81-ci ildönümünün (9 may) qeyd edilməsi dövründə atəşkəs elan etməyə hazır olduğunu Trampa bildirib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Nazirlik sel təhlükəsi zamanı qorunmağın yollarını göstərdi
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Qəbələdə Çexiyanın Baş naziri Andrey Babişin rəsmi qarşılanma mərasimi olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ernesto Qusman: Kuba suverenliyə hörmət əsasında ABŞ ilə dialoqa hazırdır
-
Elvin Kazımov Tailandda muaytay yarışında birinci yerə çıxıb
-
Serbiya Prezidenti: Azərbaycandan sonra karyeramın ən vacib səfəri Çinə baş tutacaq
-
IX siniflərin buraxılış imtahanının NƏTİCƏLƏRİ AÇIQLANDI
-
Azərbaycan Milli QHT Forumu ikiillik fəaliyyətinə dair hesabat verib
-
"Time" jurnalı 2026-cı ilin ən nüfuzlu şirkətlərinin siyahısını tərtib edib













