Azərbaycan Tennis və Padel Federasiyasına yeni prezident seçildi
Far.Az xəbər saytı

Azərbaycan Tennis və Padel Federasiyasına yeni prezident seçildi


"Azərbaycan Tennis Federasiyası" İctimai Birliyinin ümumi yığıncağı keçirilib. Gənclər və İdman Nazirliyinin inzibati binasında təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Yığıncaqda çıxış edən gənclər və idman naziri Fərid Qayıbov iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb. Nazir həmçinin 22 il federasiyaya rəhbərlik etmiş Oqtay Əsədova və bütün üzvlərə fəaliyyətlərinə görə minnətdarlığını bildirib.

BAKU.WS xəbər verir ki, iclasın gündəliyi təsdiq edildikdən sonra 2022–2026-cı illər ərzində federasiyada görülən işlərə dair hesabat təqdim edilib. Hesabat səsvermə yolu ilə təsdiqlənib. Daha sonra "Azərbaycan Tennis Federasiyası" İctimai Birliyinin Nizamnaməsi yeni redaksiyada səsvermə yolu ilə qəbul olunub.

Ardınca federasiyanın rəhbərliyinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, Ənvər Ənvərli 4 il müddətinə federasiyanın yeni prezidenti seçilib.

Əliağa Fətullayev federasiyanın birinci vitse-prezidenti, Amal Əlili, Orxan Manaflı vitse-prezidentlər, Ramiz Həmzə-Zadə, Ləman Əliyeva, Elvin Məsimov İdarə Heyətinin üzvləri seçiliblər. Daha sonra Nəzarət-Təftiş Komissiyasına da seçkilər keçirilib. Fəzli Əzizov sədr, Faiq İsmayılov və Azər İsmayılov isə üzvlər seçiliblər.

Ənvər Ənvərli çıxış edərək ona göstərilən etimada görə təşəkkürünü bildirib. Yığıncaqda çıxış edən federasiyanın sabiq vitse-prezidenti Mehman Qocayev isə yeni rəhbərliyə fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, Ənvərli Ənvər Efendiler Şirkətlər Qrupunun təsisçisidir.

O Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə fakültəsinin, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin və Harvard Biznes Məktəbinin məzunudur. O, sahibkarlıq, idarəçilik və beynəlxalq biznes sahəsində geniş təcrübəyə malikdir.

Azərbaycan Tennis və Padel Federasiyasına yeni prezident seçildi

Azərbaycan Tennis və Padel Federasiyasına yeni prezident seçildi

Azərbaycan Tennis və Padel Federasiyasına yeni prezident seçildi

Azərbaycan Tennis və Padel Federasiyasına yeni prezident seçildi

Oxşar xəbərlər

Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
AMEA-nın 80 illik yubiley yığıncağı keçirilib, İlham Əliyev çıxış edib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
"Best model of Azerbaijan"ın qalibləri seçildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər