Bakı metropoliteninin sərnişin daşımalarından gəlirləri 9% artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda metro nəqliyyatı (Bakı metropoliteni – red.) ilə sərnişin daşımalarından əldə olunan gəlir 44 053,4 min manat olub, bu da illik müqayisədə 9% çoxdur.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, ötən ilin müvafiq dövründə qeyd olunan göstərici 40 425,6 min manat təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Bakı metropoliteni vasitə ilə 113 195,2 min sərnişin daşınıb, bu da illik müqayisədə 4,1% artım deməkdir.
Xatırladaq ki, Bakıda metropolitendə xətlərin uzunluğu 40,7 kilometrə, sayı 3-ə, stansiyalarının sayı isə 27-ə bərabərdir. Hazırda Bakı metropolitenində konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir. Dövlət Proqramına əsasən, 2030-cu ildə paytaxtın yeraltı yollarının ümumi uzunluğu 119,1 km, stansiyalarının sayı isə 76-ya çatacaq.
Oxşar xəbərlər
Azərbaycanın magistral qaz kəmərlərindən əldə etdiyi gəlirlər artıb
Azərbaycanın magistral neft kəmərlərindən gəlirləri artıb
Paşinyanın Ermənistana töhfəsi - işsizlik pik həddə çatıb - ŞƏRH
Azərbaycanda magistral qaz kəmərlərində itkilər kəskin azalıb
Azərbaycanda neft kəmərlərində itkilərin həcmi açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kolumbiyada prezident seçkiləri keçirilir
-
Baş Şirvan kollektorunda timsah peyda olub?
-
Parisdə PSJ-nin qələbəsindən sonrakı iğtişaşlar zamanı dörd nəfər yaralanıb - YENİLƏNİB
-
İsrail Ordusu: "Hizbullah"ın artilleriya qərargahı məhv edilib
-
AZAL Gəncə - Sankt-Peterburq uçuşlarını bərpa edib
-
Zelenski: Ukrayna vacib danışıqlara hazırlaşır













