Zaqatalada canavar 47 yaşlı kişiyə hücum edib
Far.Az xəbər saytı

Zaqatalada canavar 47 yaşlı kişiyə hücum edib


Zaqatalada kəndə hücum edən canavar 47 yaşlı kişiyə ağır xəsarətlər yetirib.

"Far.Az"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Car kəndinin inzibati ərazi vahidinə daxil olan Axaxdərə kəndində baş verib.

Belə ki, həmin kəndin sakini Aydın Qurbanov yaşadığı evin həyətyanı sahəsində canavarla qarşılaşıb. Bu zaman canavar ona hücum edərək çoxsaylı xəsarət yetirib. O, yaxınlarının köməkliyi ilə canavarın pəncəsindən xilas olub və Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirlib.

A.Qurbanova bədəninin müxtəlif nahiyələrinin açıq yarası xəsarətləri diaqnozu qoyulub, müalicəsi xəstəxanada davam etdirilir.

Oxşar xəbərlər

İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
İlham Əliyev Zəngilanın Ağalı kəndinin 2-ci mərhələsinin və Məmmədbəyli kəndinin açılışlarında iştirak edib
Azərbaycanda qan banklarının siyahısı yenilənib
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər