Eldar Rəsulov: WUF13 Festivalı Azərbaycanın digər bölgələrində də təşkil olunacaq
WUF13 Festivalı Azərbaycanın digər bölgələrində də təşkil olunacaq.
"Far.Az"un Cənub bürosu xəbər verir ki, bunu Lənkəranda keçirilən WUF13 Festivalı ilə bağlı danışan WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Məzmun və Media Əlaqələri üzrə Baş meneceri Eldar Rəsulov jurnalistlərə açıqlamasında deyib.
WUF13-ə sayılı günlər qaldığını bildirən E. Rəsulov daha geniş ictimaiyyətin bu mötəbər tədbir haqqında məlumatlandırılması üçün WUF13 festivallarının keçirildiyini qeyd edib:
"Festival çərçivəsində mayın 2-si səhər saatlarında Lənkəran şəhərində məlumatlanırma sesiyası keçirilib, festivalın ikinci hissəsində sosial proqramlar təşkil olunub. Belə ki, tədbir Heydər Əliyev Xatirə Parkında əyləncəli-maarifləndirici proqramla davam edib. Bu festival Azərbaycanın digər bölgələrində də təşkil olunacaq".
Baş menecer bildirib ki, hazırda WUF13-də iştirak etmək üçün 175 ölkədən 25 minə yaxın iştirakçı qeydiyyatdan keçib.
O həmçinin vurğulayıb ki, əyləncəli-maarifləndirici proqram çərçivəsində sual-cavab interaktiv sesiyalar vasitəsilə iştirakçılara tədbir haqqında ətraflı məlumat verilib.
Oxşar xəbərlər
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Lənkəranda WUF13 Festivalı başlayıb
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda fermer təsərrüfatı ilə tanış olublar
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Cəbrayılın Horovlu kəndində Novruz festivalı keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əraqçi: İran zənginləşdirilmiş uranı ölkədən çıxarmaq niyyətində deyil
-
ABŞ İranın 4 vətəndaşını sanksiya siyahısına salıb
-
Tramp Nvidia-nın keçmiş rəhbəri Censen Huanqa ikinci şans verməyə çağırıb
-
Fransa Senatı polisin silah tətbiqinə dair qanun layihəsini təsdiqləyib
-
Türkiyənin 5 şəhərində keçirilən dələduzluq əməliyyatında 12 şübhəli saxlanılıb
-
Ukraynanın Krivoy Roq şəhərinə raket hücumu nəticəsində 2 nəfər ölüb, 42 nəfər yaralanıb













